Paşinyan niyə İlham Əliyev ilə görüşdən qaçdı? - Bakı İrəvanın nazı ilə çox oynamayacaq

Paşinyan niyə İlham Əliyev ilə görüşdən qaçdı? - Bakı İrəvanın nazı ilə çox oynamayacaqXəbər verdiyimiz kimi, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən Londonda Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında ikitərəfli görüşün keçirilməsi təklif edilib.
Lakin Nikol Paşinyan bu görüşdən imtina edərək geri çəkilib.
Bəs, bu cür addım atmaqla Paşinyan və onu himayə edənlər nəyə anons edir?
Görəsən, yeni müharibə təhlükəsi gözləniləndirmi?
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, İlham Əliyevin Londondakı forumda iştirak etməsi onun bir daha Avropada vazkeçilməz bir siyasi fiqur olduğunu dünyaya sübut etmiş oldu:
Paşinyan niyə İlham Əliyev ilə görüşdən qaçdı? - Bakı İrəvanın nazı ilə çox oynamayacaq"Cənab Prezident İlham Əliyevin Böyük Britaniyaya - Oksforda səfəri çox vacib məqamlarla yadda qaldı. Bir çox ölkə rəhbərləriylə görüşlərdə çox müsbət nüanslara toxunuldu. İki ölkə arasındakı münasibətlər, Azərbaycanla Avropanın olduqca vacib tərəfdaş olduğu enerji və digər məsələlərdə Avropanın vazkeçilməz partnyoru olduğu söylənildi və artıq cənab İlham Əliyev qlobal lider kimi mühüm regional və qlobal məsələlərdə hörmətəlayiq, dinlənilən və fikirlərinə çox böyük önəm verilən siyasi fiqur kimi bu səfərdə daha çox özünü təsdiqləmiş oldu. Təbii ki, bu tədbir dördüncü dəfə keçirilir. Böyük Britaniya baş nazirinin dəvətiylə cənab Prezident səfərdə idi. Səfər çərçivəsində Britaniya kralı Çarlzın da cənab Prezidentlə görüşü və kralın İlham Əliyev haqqında "ən şərəfli qonağımızla görüşürük" fikirlərini söyləməsi bir daha dediklərimizə bariz nümunədir. 
Deputat Nikol Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtina etməsinin səbəblərini açıqlayıb:
"Nikol Paşinyanın da bu səfərə gəlməsi və orada görüşlər keçirməsi, hər hansı bir ölkə tərəfindən dividentləri qazanacağını güman edirdi. Səfər çərçivəsində Böyük Britaniya baş nazirinin təklifiylə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ikitərəfli görüşünün təşkil edilməsi məsələsi ortaya çıxır. Görüşün təşkil edilməsi və iki ölkənin rəhbərlərinin təkbətək görüşü məsələsi nəzərdə tutulmuşdu. Lakin anidən Paşinyanın bu görüşdən imtina etməsi xəbəri yayıldı və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Ermənistan bu jestlə sülh gündəliyindən geri durması sülhün bərpa olunmasına xələl gətirir. Paşinyanın bu addımı bir daha göstərdi ki, Azərbaycan qalib tərəf olsa da sülh gündəliyini irəli aparan, təklif edən və real addım atan ölkədir. Niyə görə Paşinyan görüşdən imtina etdi?
Birincisi, biz dəfələrlə söyləmişik ki, Ermənistan yarandığı gündən bəri müstəqil dövlət olmayıb. Digər dövlətlərin az qala "quberniya"sı kimi fəaliyyət göstərib. Onlar bütün fikirlərində verilən tapşırıqlarla işləyib. Bu görüş anidən olduğu üçün Paşinyan buna hazır deyildi və xüsusi tapşırıqlarını almamışdı. 
İkincisi, Paşinyanın cənab Prezident İlham Əliyevlə görüşmək üçün "baqaj"ı boşdur. Çünki İlham Əliyevin konkret mövqeyi və sualları olacaq. Görüşdə birinci məsələ Ermənistanın sülh gündəliyindən hər gün danışmasıdır. İstəklərinizi bildirirsiniz, bəs niyə Konstitusiyada məlum bəndlərin çıxarılmasını təmin etmirsiniz? Paşinyan söyləyə bilər ki, Konstitusiyanın hazırlanması üçün komissiya yaradılıb, ancaq hələ də baxırıq ki, işlər sürətlə getmir və Paşinyan yalnız məsələni ləngitməklə məşğuldur. Cavab aydındır. Yüz illərdir yaranmış erməni xisləti, hiyləgərliyi... Cavab budur ki, Ermənistan Ukrayna müharibəsinin sonunu gözləyir. Hansı tərəf qalib gələcəksə, həmin mövqedə yer alacaq. Ya Qərbin, ya da Rusiyanın yanında olacaq. Bu mənada, hələ də sülh müqaviləsinin imzalanması üçün şərtləri yubatmaqla, təkliflər irəli sürərək, real işi həyata keçirməməklə bunu hesablayır. Lakin bu, qəbuledilməzdir. Ermənistan konkret mövqeyini ortaya qoymalıdır. 
Üçüncü məsələ odur ki, İlham Əliyev Nikol Paşinyanı bir çox məsələlərdə konkret küncə sıxışdıracaq. Sülhdən danışan ölkənin üç addımı atmaması, əksinə Ermənistan XİN rəhbərinin digər görüşlərdə Azərbaycanı ittiham etməsi yolverilməzdir.
Dördüncü məsələ isə Makronun, Fransanın və digər qüvvələrin bu görüşlərdə Paşinyanın iştirak etməsinə icazə verməməsidir. Çünki hər biri yaxşı anlayırlar ki, burada pozitiv məqamlar olmalı idi. İki ölkə başçısı ikitərəfli görüşlərdə yaxşı nümunələr ortaya qoyublar. Bu da belə görüşlərdən biri ola bilərdi. Digər versiya da var ki, bu qüvvələr Paşinyanı qeyd etdiyimiz görüşdən yayındırdılar. Fikirlərimizə belə yekun vura bilərik ki, Paşinyan bu görüşdə iştirak etməməklə sülh müqaviləsi imzalanması yolunda geri addım atmış olur, bu isə sülhə, danışıqlara kölgə salır".
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev azxeber.com-a açıqlamasında bildirib ki, rəsmi Bakı Ermənistanın nazıyla oynamayacaq:
Paşinyan niyə İlham Əliyev ilə görüşdən qaçdı? - Bakı İrəvanın nazı ilə çox oynamayacaq"Aydın məsələdir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi gedir. Son zamanlar müəyyən bir durğunluq da hiss olunurdu. Bu baxımdan da prosesin aktivləşməsi və iki tərəf arasında sülh prosesinin daha da irəli aparılması kontekstində Londonda keçirilən görüşdə tərəflərin bir araya gəlməsi olduqca vacib bir hadisə idi. Ermənistan tərəfi bu görüşdən imtina etdi. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, Londondakı görüşün reqlamentində konkret tərəflərin görüşəcəyi deyilməmişdi. Sadəcə buna dair müəyyən istək var idi, amma Ermənistan tərəfi bu istəyi geri çevirdi. Bu da təbii olaraq Ermənistanın müəyyən məsələlərdən yayındığını və sülh prosesini uzatmaq istədiyindən xəbər verir. Azərbaycan ən qısa zamanda baza prinsipləri əsasında ilkin sülh müqaviləsini imzalamaq istəyir. Ermənistan tərəfinin bundan imtina etməsi isə onu deməyə əsas verir ki, hazırda sülh müqaviləsinə hazır deyil. Amma rəsmi Bakının bunu gözləmək kimi nə niyyəti, nə də səbri var. Ermənistan sülh gündəliyinə sadiq qalmayacaqsa, Azərbaycan da ona uyğun davranacaq. Bir sözlə, biz Ermənistanın nazıyla oynamaq niyyətində deyilik".
Siyasi şərhçi Hikmət Hacıyevin verdiyi açıqlamanı Ermənistana xəbərdarlıq kimi xarakterizə edib:
"Hikmət Hacıyevin verdiyi açıqlamada qeyd edilən məqamlar faktiki olaraq xəbərdarlıqdır. Ermənistan tərəfi bu xəbərdarlığı başa düşməlidir. Berlindən sonra Londonda keçirilən görüş əslində çox faydalı ola bilərdi. Onu da əlavə etmək lazımdır ki, tərəflər artıq ikili görüşlər keçirirlər. Təmaslar var. Bu, müsbət bir hadisədir. Ermənistanın indiki məqamda Londonda niyə görüşdən imtina etməsi suallar doğurur. Buradan çıxan yeganə nəticə odur ki, Ermənistan tərəfi sülh prosesini uzatmaq istəyir. Bu da onların daxili prosesləriylə, yaxud Paşinyanın beynəlxalq münasibətləriylə bağlıdır. Ona görə də Paşinyana daxildə daha çox təzyiqlər olduğu üçün o artıq yeni razılaşmaların hakimiyyətinə təhdid yaradacığını düşünür. Amma bütün hallarda bu bizim üçün sülh prosesini uzatmaq üçün lazımi əsas deyil. Maksimum dərəcədə proseslər yekunlaşmalıdır, ən azı Ermənistan tərəfi Konstitusiyada dəyişiklik etməlidir. Əlbəttə ki, Ermənistanın Londonda Azərbaycanla görüşdən imtina etməsinin neqativ tərəfləri olacaq. Hətta regionda gərginliyi belə artıra bilər. Çünki sülh istiqamətində uğurlu addımlar gərginliyi azaldırsa, sülh tərəfinin durğunlaşması və tərəflərdən birinin yayınması da bir o qədər prosesi ləngidə bilər". 
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Paşinyan niyə İlham Əliyev ilə görüşdən qaçdı? - Bakı İrəvanın nazı ilə çox oynamayacaq

Siyasi       Tarix: 23 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bu gunun xeberleri haqqinda melumat en son xəbərlər bugün sonxəbərlər