"Paşinyana görə qurban verə-verə gedirik" - Şarmazanov

Ermənistanın üzləşdiyi problemlər sıradan bir hadisə deyil. Bu, bir millətin faciəsidir və ermənilər bu yolu yüz illərdir qət edir. Erməni probleminin başında isə faşist ideologiyası dayanır. O ideologiya ki, yüz illərdir bir milləti bəladan-bəlaya aparıb. Tarixin təkərləri altında məhv olan erməni xalqı nə qədər dirçəlməyə səy göstərsə də, erməni ideologiyası onların inkişafına mane olub.
Bütün dövrlərdə reallıqla barışmayan ermənilər yanaşı yaşadıqları xalqlara qarşı düşmənçilk ediblər. Bu düşmənçilik isə onlara genlə keçib. Məskunlaşdıqları ərazilərdə özlərini yerli xalq hesab edən ermənilər həmin xalqların milli mədəni abidələrini mənimsəməklə məşğul olmaqdan belə çəkinmirlər. 19-cu əsrin əvvəllərindən Qafqaza gələn ermənilər zaman-zaman Azərbaycan ərazilərinə sahib çıxıblar.
İndi öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşən Ermənistan Cənubi Qafqazda yaranan reallığı qəbul etmək istəmir. Ermənistan siyasi elitasında təmsil olunanlar da bunu başa düşür və çıxış yolu axtarır. Bəzi siyasətçilər düşdükləri situasiyanın səbəblərini tapmağa çalışır.
Ermənistan parlamentinin keçmiş deputatı Eduard Şarmazanov hesab edir ki, erməni xalqının başına gələn bəla 5 il əvvəl – 2018-ci ildən başlayıb. Keçmiş deputat düşünür ki, onları bu vəziyyətə salan Nikol Paşinyanın apardığı siyasətdir.35 il əvvəl başlarına açdıqları problemi Paşinyanın ayağına yazan Şarmazanov və digər ermən millətçiləri müharibənin də Nikolun siyasəti nəticəsində başladığını düşünür.
"2019-cu ilin avqustunda Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deməklə müharibə düyməsini sıxdı. Sonra müharibə başladı və Nikol 44 gün ərzində erməni xalqını aldatdı. Nəticədə biabırçı şəkildə məğlub olduq.
Müharibənin ilk günü o, parlamentdə bəyan etdi ki, indiki məqamda bir nəfər itki vermədən və Qarabağ ərazisinin bir santimetrini belə itirmədən müharibəni dayandırmaq olar. Nikol Putinin müharibəni dayandırmaq təklifini də rədd etdi və nəticə daha acınacaqlı oldu.
Bundan aylar sonra Paşinyanın yarıtmaz siyasəti nəticəsində biz yenidən qurbanlar verdik. İndi Ermənistan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzədir. İndi bizim rusları, fransızları və amerikalıları günahlandırmağa əsasımız yoxdur".
Əslində ermənilər fransızlardan, ruslardan və amerkalılardan daha çox şey umurlar. Onlar havadarlarının köməyinə arxayın olub yenidən regionda təxribatlar törətməyə cəhd edirlər. Azərbaycanla şərti sərhəddə 19 yük avtomobilinin gətirilməsi də adlarını çəkdiyi dövlətlərin ssenarisinə uyğundur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 31 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari sou xeberler bu gunun xeberleri hava proqnozu