Paşinyana qarşı üçmaddəli ŞOK PLAN: yeni dalğa gəlir
Ermənistanın müxalif partiyalarından ibarət Vətənin Xilası Hərəkatı İrəvanda etiraz aksiyalarına başlayıb.
Publika.az xəbər verir ki, Baqramyan və Dəmirçyan prospektlərində təşkil olunan aksiyaların əsas tələbi baş nazir Nikol Paşinyan və hökumətinin istefasıdır.
"Əziz vətəndaşlar!
Vətənin Xilası Hərəkatı uzun müddətdir ki, müxtəlif etiraz və vətəndaş itaətsizliyi, mitinqlər və digər qanuni siyasi yollarla ölkəmizi fəlakətə aparan hakimiyyət orqanlarına qarşı mübarizə aparır. Bu müddət ərzində baş nazir kürsüsündən ayrılmaq istəməyən birinin istefası tələbi ətrafında geniş bir ictimai konsolidasiya qurmağı bacardıq. Rejim, yavaş da olsa, geniş ictimai təzyiqlərin təsiri altındadır.
Cəmiyyətə və bütün siyasi qüvvələrə, onsuz da, bəllidir ki, böhran həll olunmadan Ermənistanın inkişafı mümkün deyil. Üstəlik, ölkənin suverenliyi və ərazi bütövlüyü təhlükə altındadır.
Yuxarıda göstərilənlərə əsasən, mübarizənin hazırkı mərhələsində Vətənin Xilası Hərəkatı Şurası qərar verdi:
1. Bölgələrin əhalisinin fəaliyyət coğrafiyasını və əhatə dairəsini genişləndirərək yeni siyasi aksiyalar dalğasına başlamaq.
2. İctimai təzyiqləri qorumaq və hərəkatın gələcək fəaliyyətlərini koordinasiya etmək üçün Dəmirçyan küçəsindəki çadır düşərgəsi hərəkatın qərargahı elan edilsin.
3. Vətəndaşlar üçün narahatlıqları aradan qaldıraraq Baqramyan prospekti boyunca sərbəst hərəkəti bərpa etmək.
Mübarizə edəcəyik və qalib gələcəyik!",- hərəkatın bugünkü çağırışında deyilir.
Zümrüd
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək