Paşinyandan Azərbaycanla bağlı ŞOK ÇAĞIRIŞ: "Anlamalıyıq ki, o ərazidən keçə bilmərik..."
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, bu barədə o, Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.
Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Nümunə olaraq mis-filiz mədənçiliyinə işarə edib.
Paşinyana görə, orta müddətdə Ermənistandan misin ixracını qadağan etmək və əvəzinə misəritmə zavodları tikmək lazımdır. Filiz Ermənistanda emal olunmalı, əlavə dəyər qazanmalı və iş yerləri yaradılmalıdır.
O, Ermənistanın mislə zəngin olduğunu, lakin sənayesinin modernləşdirilməsi və misəritmə üçün potensialın yaradılmasının kommunikasiyasız mümkün olmadığını xatırladıb.
Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasının vacibliyini qeyd edib: "Bəzi qərarlar verməliyik. Anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda onlara da bizim ərazimizdən yol vermirik. Biz mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq. Ümumiyyətlə, Ermənistan bölgəyə başqa bir bucaqdan baxmağa başlamalıdır. Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq. Ancaq qonşular da Ermənistanla münasibətdə mövqelərini dəyişdirməlidirlər". / "VirtualAz"

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər