Paşinyandan ETİRAF: "Kommunikasiyaların açılmasına Ermənistanın daha çox ehtiyacı var"
"Kommunikasiyaların açılmasına hamıdan çox Ermənistanın ehtiyacı var".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
O bildirib ki, İrəvan Azərbaycanla dəmir yolu və avtomobil yollarını tez bir zamanda açmağa hazırdır.
"Regionda kommunikasiyaların, xüsusən də Azərbaycanla dəmir yolu və avtomobil əlaqələrinin açılması Ermənistanın Aİİ ilə ticarətini əhəmiyyətli dərəcədə artıracaq", – Paşinyan qeyd edib.
Baş nazir bəzi ölkələrin yaratdığı təəssüratı yalan adlandırıb.
"Ermənistan guya kommunikasiyaların açılmasına mane olur. Əksinə, blokun açılmasında ən çox Ermənistan tərəfi maraqlıdır.
Bəli, bir daha təkrar edirəm ki, regional kommunikasiyaların açılmasında ən çox biz maraqlıyıq, çünki 30 ildir blokadadayıq.
Həm Azərbaycanın, həm də Türkiyənin alternativ yolları var. Ermənistanın kommunikasiyaya ehtiyacını nəzərə alaraq, bu dəhlizlərin açılmasının qiymətini qaldırmağa çalışırlar.
Bu yollar Ermənistandan başqa heç kimə lazım deyil.
Biz isə deyirik ki, yox, gəlin həyata keçirək, 9 noyabr bəyanatında yazdıqlarımızın hamısını dəqiq həyata keçirək", – deyə Paşinyan vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi