Paşinyanı tənqid edən keşiş işdən çıxarılır
"Buranı tərk edəcəksən Nikol, eşitdinmi?" - ifadəsi ilə Ermənistanın baş naziri Nikol Paşinyanı və onun komandasını sərt şəkildə tənqid edən erməni keşiş işdən çıxarılır.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır. Mənbənin bildirdiyinə görə, keşiş Qazar Petrosyanın işdən çıxarılması məsələsi bu gün Ümumi Kilsə toplantısında müzakirə olunacaq.
Erməni Apostol Kilsəsi də faktı təsdiqləyib. Bildirilib ki, Qəmərlidə (ermənilər Artaşat deyir) keçirilən yerli özünüidarə seçkiləri zamanı Q.Petrosyan hakimiyyəti sərt şəkildə tənqid edib və onları "böcək" adlandırıb.
Keşiş daha əvvəl Ermənistanın Xristian-Demokrat Partiyasının Ağsaqqallar Şurasının təbliğat videosunda da hakimiyyəti qınayan fikirlər səsləndirib.
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var