Paşinyanın ABŞ-də uğursuz görüşü, USAID-in ləğvi, Ermənistanın qonşularla problemli siyasəti - ŞƏRH

Paşinyanın ABŞ-də uğursuz görüşü, USAID-in ləğvi, Ermənistanın qonşularla problemli siyasəti - ŞƏRH"Ermənistanın baş naziri ABŞ-yə səfər etməzdən əvvəl Paşinyan administrasiyası Donald Tramp ilə görüş olacağını açıqlamışdı".
azxeber.com xəbər verir ki, bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
"Ancaq bu görüş baş tutmadı. Görüş vitse-prezidentlə həyata keçirildi və bunu sadəcə ayaqüstü bir görüş adlandırmaq olar.
Bu, sadəcə nəzakət görüşü idi, çünki Paşinyan bir dövlət rəhbəri və baş nazirdir. Onun müraciəti varsa, kiminləsə görüşməli idi".
Deputat deyib ki, Paşinyan üçün bu görüş baş tutmuş kimi görünə bilər.
" Çünki onun komandası Donald Trampın hakimiyyətə gələcəyini gözləmirdi. Onlar düşünürdülər ki, Tramp məğlub olacaq və ABŞ-Ermənistan münasibətləri əvvəlki kimi davam edəcək. Xüsusilə də Azərbaycanla münasibətlər müəyyən dərəcədə soyumuşdu və Bakı, Bayden administrasiyasının siyasətini qəbul etmirdi.
Çünki onlar qərəz nümayiş etdirir və sülhə böyük zərbə vururdular. Faktiki olaraq, ABŞ Ermənistanın silahlanmasını açıq şəkildə dəstəkləyirdi".
Nikol Paşinyan Ağ Evin dəhlizində vitse-prezident Ceyms Devid Venslə
"Bu baxımdan, Paşinyanın tələm-tələsik ABŞ-yə getməsinin əsas səbəbi Donald Tramp administrasiyası ilə əlaqələr qurmaq, mövcud əlaqələri davam etdirmək və erməni lobisinin dəstəyini almaq idi" - deyə o, əlavə edib:
" Çünki erməni lobbisi də Paşinyanı tam dəstəkləmir. Hətta Ermənistan ilə ABŞ arasında imzalanan sənəd tarixdə ən uğurlu sənədlərdən biri sayılsa da, erməni diasporunun nümayəndələri bu sənədi uğurlu hesab etmədilər.
Yəni açıq görünür ki, müəyyən təzadlar və ziddiyyətlər var. Paşinyan isə medianı öz xeyrinə istifadə edərək, daxili auditoriya üçün istədiyi təbliğatı apara bilir".
N.Həmzəyev deyib ki ancaq gerçəklik odur ki, Paşinyanın bu səfəri o qədər də uğurlu olmadı
"Xüsusilə də o, açıq şəkildə Qərbə inteqrasiya etmək istəyir, lakin Rusiyayla münasibətləri soyuyub.
Bu baxımdan, Ermənistan yeni öhdəliklər götürəcəyi təqdirdə, müəyyən irəliləyişlər ola bilər. Ancaq Amerikanın Azərbaycanla əlaqələri yüksək səviyyədə saxlamaq niyyəti daha aydın görünür.
Çünki Azərbaycan regionun ən güclü dövlətidir və Donald Tramp da bilir ki, Bakı müstəqil, sədaqətli və ədalətli siyasət yürüdür. Azərbaycan heç vaxt müxtəlif cəbhələrdə özünə havadar axtarmır, müstəqil siyasət aparır.
Bu baxımdan, Donald Tramp bu dəyərlərə önəm verən bir siyasətçidir. Bu səbəbdən də Ermənistanın istədiklərini asanlıqla əldə etməsi çətin olacaq".
USAİD-in ləğvindən ciddi narahat olan Ermənistan hakimiyyətinin qrantsız qalma qorxusu...
USAİD-in fəaliyyətinin dayandırılmasından danışan deputat bildirib ki, USAID-in fəaliyyətinin dayandırılması və yenidən təşkili onu deməyə əsas verir ki, bu təşkilat təkcə başqa dövlətlər üçün deyil, elə Amerikanın özü üçün də ciddi problemlər yaradıb və xüsusilə də ABŞ-nin beynəlxalq imicinə böyük zərbə vurub.
"Bunu Donald Tramp özü də qeyd edib və digər açıqlamalarda da bunu açıq şəkildə görmək mümkündür. Xüsusilə də qısa müddət ərzində bu addımın atılması göstərir ki, burada çox ciddi təhlükələr var, bəlkə də biz onların bəzilərindən xəbərsizik. Eyni zamanda, həyata keçirilən ixtisarlar ABŞ-dən xaricə axan böyük həcmdə vəsaitlərin qarşısını alacaq".
Bilindiyi kimi, USAID-in vəsaitlərindən ən çox faydalanan ölkələrdən biri də Ermənistan idi" - deputat əlavə edib:
"Cənubi Qafqazda USAID-in ən çox vəsait ayırdığı ölkə məhz Ermənistan olub.
USAID-in maliyyə dəstəyi ilə Ermənistanda geniş kəşfiyyat şəbəkəsi formalaşmışdı. Açıq danışsaq, əvvəllər Əfqanıstan və Pakistanda fəaliyyət göstərən bəzi kəşfiyyatçılar artıq Ermənistan ərazisinə yerləşdirilmişdi və onlar məhz USAID vasitəsilə maliyyələşirdi. Görünən odur ki, ABŞ özü də bu kəşfiyyat fəaliyyətlərinin ona ciddi fayda vermədiyini anlayaraq, bu sahədə dəyişikliklər etməyə qərar verib.
Bununla belə, Ermənistan USAID-in fəaliyyətinin dayandırılmasının əleyhinədir. Bu səbəbdən onlar öz imkanları hesabına bu missiyanı davam etdirməyə çalışırlar. Lakin bu nə qədər davam edəcək? Bir ay, bir il, iki il? Uzunmüddətli perspektivdə bu fəaliyyətin davamlı olub-olmayacağı sual altındadır. Ermənistan düşünür ki, müəyyən müddət ərzində öz resursları ilə bunu idarə edə bilsələr, gələcəkdə ABŞ-də vəsaitlər yenidən tapılar və ya digər donorlar vasitəsilə bu fəaliyyət davam etdirilə bilər.
Bütün bu proseslər bir daha göstərir ki, Ermənistanda hansı qüvvələr əsas söz sahibidir, Paşinyana bu informasiyaları kimlər ötürür və Azərbaycana qarşı fəaliyyətlərin arxasında kimlər dayanır? Ümumiyyətlə, Cənubi Qafqazda sülhün dəstəklənməsini istəməyən qüvvələr kimlərdir".
Ermənistanın qonşularından uzaqlaşıb, Qərbə yaxınlaşma siyasəti...
Deputat bildirib ki, hazırda fərqli mənzərəni müşahidə edirik ki, İran, Ermənistanı itirmək istəmir.
"Ermənistan isə aktiv şəkildə İrandan və Rusiyadan uzaqlaşaraq Qərbə yönəlir. Paşinyanın hazırda ABŞ-də olması da bunu deməyə əsas verir ki, o, Tramp administrasiyası ilə yaxınlaşma yollarını axtarır.
Bundan əvvəl o, Bayden administrasiyası ilə yaxın idi və lazım olan dəstəyi almışdı. Hətta ABŞ ilə yeni münasibətləri tənzimləyəcək bir sənəd də imzalanmışdı. Lakin bu, yalnız kağız üzərində qalıb və sənədin gerçəkləşməsi üçün yeni administrasiya ilə əlaqələrin qurulmasına ehtiyac var. Bunun nə dərəcədə mümkün olacağı isə hələ sual altındadır.
İran da görür ki, Ermənistan mərhələli şəkildə nəzarətindən çıxır. Xüsusilə də ABŞ-nin Ermənistanda aktiv fəaliyyətə başlaması İran üçün ciddi təhlükə yaradır. Lakin İran açıq şəkildə Ermənistanın bu siyasətinə etiraz edə bilmir və ya etmək istəmir. Ola bilsin ki, pərdəarxası danışıqlar gedir və bu, mətbuata sızdırılmır. Hər halda, İran Ermənistanın bu siyasətindən narazıdır".
Zəngəzur dəhlizi. Azərbaycanın tələblərinə doğru addım...
"Bundan başqa, Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdədir" - N.Həmzəyev əlavə edib:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi son müsahibəsində bu barədə qəti fikirlər səsləndirdi. Bu isə həm İranı, həm də Ermənistanı narahat edir. Ermənistan artıq başa düşür ki, müəyyən öhdəliklərini yerinə yetirməlidir və bu baxımdan İranı da razı salmaq şərti ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı yeni təkliflərlə çıxış etmək istəyir. Bütün bu proseslər isə Azərbaycanın maraqlarına uyğundur.
Lakin İran bu vəziyyəti qəbul etmək istəmir. Çünki İran düşünür ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın ona olan asılılığını azaldacaq və bunun nəticəsində İran üzərindən keçən alternativ yol öz əhəmiyyətini itirə bilər. İranın bu məsələyə dair mövqeyi açıqdır. Hətta Ermənistan rəsmiləri və İran səfiri də etiraf edirlər ki, Zəngəzur dəhlizinin açılmasını istəməyən yeganə tərəf İrandır.
Digər regional dövlətlər isə Azərbaycanın mövqeyini tam dəstəkləyirlər. Bəs İrandakı bu mövqe haradan qaynaqlanır? Mühafizəkar qüvvələrin təsiri altında olan dairələrmi bu siyasəti yürüdür? İranda müxtəlif siyasi qruplar mövcuddur – Qərblə dialoq qurmaq istəyənlər, Azərbaycana müsbət yanaşanlar, eləcə də Azərbaycanın regionda güclənməsini istəməyən qüvvələr. Təəssüf ki, bəzən Azərbaycana qarşı xoşagəlməz bəyanatlar səsləndirilir. Lakin Azərbaycanın sərt mövqeyi və çağırışları nəticəsində artıq bu şəxslərə qarşı müəyyən tədbirlər görülməyə başlanıb".
Deputat qeyd edib ki, İran və Azərbaycan münasibətlərində müəyyən yaxınlaşma müşahidə olunur ki, bu da sevindirici haldır.
" Biz də qonşularımızla səmimi münasibətlərin qurulmasını istəyirik və onların verdiyi vədləri yerinə yetirməsini arzulayırıq.
Azərbaycan regionda hər gün daha da güclənir. İran Ermənistanla münasibətləri nə qədər yaxın olsa da, Azərbaycanla münasibətləri normallaşmadığı təqdirdə Cənubi Qafqazda üstünlük əldə edə bilməz. Ermənistan üzərindən həyata keçirmək istədiyi bir sıra layihələr isə maliyyə çatışmazlığı səbəbindən gerçəkləşmir.
Xüsusilə də Trampın hakimiyyətə gəlməsi İrana qarşı təzyiqləri artıracaq. Yeni sənədlər imzalanır və İranın mühafizəkar qüvvələri zəifləməyə doğru gedir. Çünki onların yürüdüyü siyasət İranın öz maraqlarına zərbə vurur. Daha əvvəl söz sahibi olan bu qüvvələr artıq prezident seçkilərində uğursuzluğa düçar oldular.
Mən düşünürəm ki, mərhələli şəkildə prezidentin istəkləri həyata keçiriləcək və onu dəstəkləyən qüvvələr daha güclü olacaq. Bu isə Zəngəzur dəhlizi məsələsində müəyyən yumşalmaya gətirib çıxaracaq"
Paşinyanın ABŞ-də uğursuz görüşü, USAID-in ləğvi, Ermənistanın qonşularla problemli siyasəti - ŞƏRHPaşinyanın ABŞ-də uğursuz görüşü, USAID-in ləğvi, Ermənistanın qonşularla problemli siyasəti - ŞƏRH

Sosial       Tarix: 08 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiya kapitalına baxıb ŞOKA DÜŞƏNLƏRİN NƏZƏRİNƏ - YENİ MƏLUMAT

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "myGov" portalında pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklərlə bağlı məsələyə münasibət bildirilib. -a istinadən xəbər verir ki, "myGov"

Qadın kruiz gəmisindən dənizə düşdü - Bir sutkadan sonra xilas edildi

Yunanıstan sahillərində kruiz gəmisindən dənizə düşən və açıq dənizdə təxminən 24 saat qalan 44 yaşlı Salvador vətəndaşı möcüzəvi şəkildə xilas edilib.  "Bizim.Media"ya istinadən xəbər verir ki, Kathimerini nəşrini

"Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm" - Sabir Rüstəmxanlı

"Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir". xəbər verir ki

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollard

Əməkdar jurnalist vəfat etdi

"Şərq qapısı" qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri Məhəbbət Mirzəyeva vəfat edib. xəbər verir ki, Əməkdar jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Məhəbbət Mirzəyeva uzu

İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə

Bəzən bir insanın sizə qarşı münasibətini sözlərindən deyil, davranışlarından anlamaq mümkündür. Xüsusilə gündəlik ünsiyyətdə bəzi kiçik detallara diqqət yetirməklə qarşı tərəfin sizdən uzaq durmağa çalışdığını hiss etmə

Azərbaycanlı gənc Polşada vəfat etdi

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. saytına istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmə

40 yaşlı kişinin evindən meyiti tapıldı

Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb. Hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfində

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler en son xeberler bu gun en sonxeber ən son xəbərlər