Paşinyanın artistliyi Rusiyada "Oskar"a layiq görüldü

Paşinyanın artistliyi Rusiyada "Oskar"a layiq görüldüNikol Paşinyan "Oskar" mükafatına layiq görülə bilər.
Publika.az xəbər verir ki, bunu Rusiyanın "Kommersant" qəzeti yazıb.
Qəzet Ermənistanın baş naziri Nikol Paşinyanın 1 martda müxalifətlə küçə qarşıdurmasında qalib gəldiyini qeyd edib: "İrəvanda təşkil etdiyi axşam mitinqi şəxsən Paşinyanın rəhbərliyi ilə şəhər boyunca gecə yürüşü ilə davam etdi. Bu gün hökumət başçısı rəqiblərinə qarşı hücuma keçərək hakimiyyətdə olacağını və eyni zamanda, müxaliflərlə tamamilə inqilabi mübarizə aparacağını göstərdi".
Məqalədə bildirilir ki, Nikol Paşinyan bir neçə dona girməyi bacarır: "Ölkədəki bütün gücə sahib olduğu üçün lazım olduqda dərhal inqilabçı roluna keçir və bu sehr işə yarayır. 1 martda çağırışı ilə respublikanın mərkəzi meydanı baş nazirin on minlərlə tərəfdarları ilə doldu.
Baş nazir meydana birbaşa hökumət binasından polisin əvvəlcədən qurduğu etibarlı dəhlizlə getdi. Səhnəyə qalxdı və bir saatdan çox müddət ərzində izdihamı idarə etdi. Onu qışqırmağa, qəzəblənməyə, sonra itaətkarlıqla susmağa məcbur etdi. Nikol Paşinyan bu performansını bir filmdə ortaya qoysa, "Oskar" mükafatına layiq görülə bilər.
Səhnədə 3 ildir ölkəni idarə edən bir insanın danışdığını bilməsək, parlaq bir natiqin xalqı rejimlə mübarizə aparmağa qaldıran müxalifət lideri olduğunu düşünə bilərik".
Qeyd edək ki, N.Paşinyan mitinqdə bir xəbəri açıqlamışdı: Ermənistanda bu ilin oktyabr ayında yarı-prezident idarəetmə formasının qaytarılmasına dair konstitusiya referendumu keçiriləcək.
"Kommersant"ın baş nazirin bloku olan "Mənim addımım" fraksiyasındakı bir qaynağı baş qərargah rəisi ilə məsələ həll edildikdən dərhal sonra erkən seçkilərin təşkili prosesinə başlanacağını söyləyib.
Onun sözlərinə görə, prezident baş nazir tərəfindən yenidən təqdim olunan istefanı imzalamağa hazırdır: "Armen Sarkisyan bunu imzalayan kimi erkən seçkiləri təşkil etməyə başlayacağıq. Onları mövcud vəziyyətdən çıxmaq üçün bir fürsət kimi görürük".
Zümrüd

Dünya       Tarix: 02 mart 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar cəbhədən canlı beynelxalq bank mezenne cəbhədən son xeber