Paşinyanın bu inanılmaz addımına hazır olun - Kuznetsov

Paşinyanın bu inanılmaz addımına hazır olun - KuznetsovBir daha bu mövqeyimdə qalıram və aradan keçən müddət sübut etdi ki, müşahidələrimdə yanılmamışam. Dediyim kimi, əgər Ermənistan Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyan həqiqətən Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəsəydi, o, anlaşılmaz bəyanatlar verməzdi. O, Paşinyanı girov götürərək hakimiyyətdən imtina etmək barədə sənədləri imzalamağa məcbur edə, hakimiyyətin ötürülməsinin guya qanun çərçivəsində olduğunu nümayiş etdirə bilərdi.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında məşhur rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov İrəvanda keçirilən mitinqləri şərh edərkən deyib.
Onun sözlərinə görə, İrəvanda hazırda hərbi çevriliş elementləri müşahidə olunmur:
"Əsgərlər kazarmalardadır, parlament, hökumət və televiziya binası, dövlət bankı və ölkənin digər kredit-maliyyə qurumları ordu tərəfindən nəzarətə alınmayıb, internet kəsilməyib, aeroportlar da bağlanmayıb. Erməni Baş Qərargah rəisinin Paşinyanı istefaya çağırması baş nazirin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmanın yenidən vüsət almasına səbəb olub, ordunun özü isə kənarda qalıb. Erməni hərbçiləri bu ölkədə mövcud olan xaosun bir hissəsi olduqları üçün onu dayandırmağa qadir deyillər, generallar isə bu fonda sabah vəzifələrindən məhrum olmamaq üçün bu gün "siyasət" oynamaq qərarına gəliblər".
Kuznetsov bildirib ki, Ermənistan silahlı qüvvələrinin ali komandanlığı son dərəcə aşağı olan peşəkarlığı ilə şübhəsiz ki, ötən ilin payızında Azərbaycanla müharibədə məğlubiyyətin əsas səbəbidirlər:
"Bundan sonra Ermənistan ordusunun bütün generalları istefaya göndərilməli idi. Onlar isə öz növbəsində tutduqları vəzifə müddətinin sona çatdığını çox yaxşı başa düşürlər. Bu səbəbdən Nikol onları vəzifədən azad etmədən öncə generallar baş nazirin özünün hakimiyyətdən uzaqlaşdırılmasında iştirak etmək qərarına gəliblər".
Həmsöhbətimiz qeyd edib ki, Paşinyan ölkədə baş qaldıran generalların cəzasını (fiziki deyil, karyera cəhətdən) verəcək və sonrakı aylar ərzində Qarabağ klanı və ona bağlı olan milyonçuları aktivləri ilə ittiham edəcək:
"Köhnə elitaların məhv edilməsi prosesinin dünya birliyi, xüsusilə də Rusiya diasporu üçün gözəgörünməz olması üçün Paşinyan Qarabağ ideyasından tamamilə imtina edə bilər. Bəlkə də belə bir perspektiv kiməsə fantastik görünür, lakin ona hazır olmaq lazımdır".

Dünya       Tarix: 03 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar cəbhədən canlı beynelxalq bank mezenne cəbhədən son xeber