Paşinyanın daha iki adamına Qarabağda "vəzifə" verildi
Ermənistanın baş naziri Nikol Paşinyan öz adamlarını Qarabağdakı separatçı qurumda müxtəlif "vəzifələr"ə yerləşdirməyə davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri bildirib.
Belə ki, bu günlərdə Qarabağdakı separatçılar "prezident" yanında antiböhran şurası yaradıb. Şuraya müxalifətçi Tiqran Petrosyan və Hadrut şəhərinin keçmiş meri Vaan Savadyanın da daxil olduğu bildirilir.
"Past" yazır ki, Ermənistan hakimiyyəti ilə isti münasibətləri olan bu adamları baş nazir Paşinyan təyin edib:
"Paşinyan bir tərəfdən Samvel Babayan, digər tərəfdən yuxarıda adı çəkilən şəxslər vasitəsilə Artsaxda qüvvələri balanslaşdırmağa çalışır".
Qəzet onu da yazır ki, son vaxtlar separatçılar "yaxşı ənənə" formalaşdırıblar. Belə ki, yeni vəzifəyə təyin olunanları birinci Paşinyan qəbul edir:
"Xüsusən də bu, Qurgen Nersisyanın "dövlət naziri" təyin edildiyi zaman diqqəti çəkdi. Arutyunyan əvvəlcə onu Paşinyana təqdim etdi, daha sonra isə təyinatı ilə bağlı sərəncam imzaladı".
Qəzetin yazdığına görə, Tiqran Petrosyan və Vaan Savadyan da antiböhran şurasının üzvü "təyin olunmazdan" əvvəl İrəvanda Paşinyanla görüşüblər.//Bakupost

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi