Paşinyanın istefasına BU AMİL səbəb olacaq - Erməni xalqının böyük hissəsi...
Nikol Paşinyan indi Vətəni Xilas Hərəkatının (16 müxalifət partiyası tərəfindən yaradılıb - red.) kütlənin daha çoxunu küçələrə çıxara bilməməsindən istifadə edir. Ancaq Paşinyan çox sevinməməlidir.
Publika.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin İctimai Televiziyaya müsahibəsini təhlil edən politoloq Suren Surenyants deyib.
O bildirib ki, cəmiyyətin əhəmiyyətli hissəsi həm 16 müxalif partiyaya güvənmir, həm də Paşinyandan razı deyil. Politoloqun fikrincə, müxalifətə xalqın müəyyən dərəcədə inamsızlığı mövcud Ermənistan hakimiyyət orqanlarına uzunömürlülük zəmanəti vermir.
O, Paşinyanın erkən parlament seçkiləri öncəsi məhkəmə sistemində dəyişiklik edilməsi lazım olduğuna dair sözlərinə diqqət çəkib. Politoloqun fikrincə, baş nazirin narahatlığı başadüşüləndir - son vaxtlar məhkəmələr bir-birinin ardınca prokurorluğun və istintaq orqanlarının bu və ya digər hökumət əleyhdarının həbsi ilə bağlı vəsatətlərini rədd edib. Hakimlər ölkənin siyasi rəhbərliyinin iradəsini yerinə yetirməyi dayandırdığını söyləyir.
Hakimiyyət dəyişikliyi mexanizmlərinə toxunan Surenyants müxalifətin tutarlı siyasi məzmunun formalaşması ilə bağlı bəzi problemləri olduğunu və bunun da onun effektivliyini azaltdığını qeyd edib.
O, xalqın baş nazirə olan böyük inamsızlığının gec-tez onun gedişinə səbəb olacağına inanır, amma hansı mexanizmlərin köməyi ilə - bu o qədər də vacib deyil.
Xatırladaq ki, 10 noyabrdan bəri İrəvanda Paşinyanın vəzifəsində qalmasına qarşı aksiyalar və yürüşlər keçirilir. Aksiyaların əsas təşkilatçıları "Daşnaksütyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır. Zaman zaman aktivistlər fərqli küçələri bağlayırlar.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək