Paşinyanın təklif etdiyi Bakıya lazım deyil – Baqdasaryan
Azərbaycan rəhbəri qalib mövqeyindən çıxış edir.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər erməni politoloq Armen Baqdasaryanın mediaya şərhindəndir.
Baqdasaryan Azərbaycan Prezidentinin regional məsələləri MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından və ümumiyyətlə, İlham Əliyevin müxtəlif platformalardan maksimum istifadə etməsindən narahatlığını da dilə gətirib. O, MDB meydanının bu məsələlərə aidiyyəti olmadığını deməklə təsəlli tapmağa çalışıb.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında problemi üçtərəfli bəyanat tənzimləyir:
"Ancaq məsələ ondadır ki, Paşinyanın təklif etdikləri Azərbaycana lazım deyil. Paşinyan mina xəritələrini verməyi, delimitasiya və demarkasiya prosesini başlatmağı, kommunikasiyaları açmağı və atəşkəs rejiminin qorunması üçün nəzarəti gücləndirməyi təklif edir. Bakının isə ilk növbədə hədəfi Zəngəzur dəhlizidir və bunu almaq istəyir".
Baqdasaryan deyib ki, 44 günlük müharibədən bəri heç nə dəyişməyib, Bakının mövqeyi də ciddi şəkildə müttəfiqləri tərəfindən dəstəklənir:
"Xüsusilə yada salın ki, müharibə vaxtı heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanı ittiham etmədi. Bakı bilir ki, ərazi bütövlüyü məsələsində beynəlxalq aləm onu dəstəkləyir və bundan "status" məsələsində istifadə edir".

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm