Paşinyanın Zəngəzurla bağlı açıqlaması qeyri-ciddi və xəstə təxəyüllü bir sayıqlamadır' - AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsi zamanı "Zəngəzur dəhlizi, Şərqi Zəngəzur nə deməkdir? Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir" kimi ifadələr səsləndirib. Paşinyan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü zamanı Zəngəzur dəhlizi haqqında danışıqların olmayacağını da bildirib.
Bəs Paşinyan bu cür açıqlamaları Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azxeber.com-a açıqlamasında bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün həlledici işləri görməkdədir:
"Ermənistanın baş naziri Nikol Paşinyan indiyə qədər müxtəlif ünvanlarda çıxışları zamanı kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin yaradılması barədə ziddiyətli açıqlamalar verib, lakin Azərbaycanın haqlı həmlələri qarşısında geri çəkilərək kommunikasiyaların bərpasına razı olduqlarını bildirib. Bir neçə gün əvvəl rəşadətli Azərbaycan Ordusunun dövlət sərhədində təxribat törədən erməni hərbçilərinə layiqli dərs verməsindən və mühüm postlara sahib olmasından sonra yalvarışlar edən Paşinyan Zəngəzur dəhlizinin açılması ilə yanaşı, sülh sazişini imzalamağa hazır olduğunu bildirdi. İndi onun yenidən şübhəli açıqlamalarla çıxış etməsi qeyri-ciddi və xəstə təxəyüllü bir hökumət başçısının sayıqlamalarından başqa bir şey deyil".
Millət vəkilinin fikrincə, ötən ay Azərbaycan və Türkiyə Prezidentlərini iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyması ilə Zəngəzur dəhlizinin açılması da həlledici mərhələyə qədəm qoydu:
"Zəngəzur dəhlizinin faktiki olaraq ilk qapısı hazır vəziyyətə gətirilib. Ona görə də, Paşinyanın dediklərinin heç bir əhəmiyyəti yoxdur, dəhlizin və kommunikasiyaların açılması ilə bağlı 10 noyabr sazişində nəzərdə tutulmuş şərtlərin həyata keçirilməsi qarşısıalınmaz bir prosesə çevrilib və heç kim buna mane ola bilməz. N.Paşinyan öz ölkəsində yaranmış siyasi gərginliklər fonunda bu cür açıqlamalr verməklə auditoriyanı öz üzərindəki yükdən azad etmək məqsədilə belə manipulyasiyalar edir. Onun digər açıqlamalarına isə diqqər etdikdə, dəhlizin açılmasına razılıq verməkdən başqa çarəsi olmayacağı nüanslarını da açıq şəkildə görmək mümkündür".
A.Hüseynov onu da bildirib ki, Zəngəzur dəhlizinin açılması ən çox Ermənistan və Paşinyan hökuməti üçün faydalı ola bilər:
Paşinyanın Zəngəzurla bağlı açıqlaması qeyri-ciddi və xəstə təxəyüllü bir sayıqlamadır' - AÇIQLAMA"Bu dəhliz regionun siyasi və iqtisadi xəritəsini dəyişən mühüm vasitə ola bilər. Belə ki, bölgədəki çoxşaxəli magistral yolların yaradılması sayəsində Ermənistanın hər istiqamətlərə yolu açılacaq. Xüsusilə də Ermənistannı bölgənin ən inkişaf etmiş nəhəng ölkəsi olan Türkiyəyə qapısı açılmış olur. Bu isə ermənilərin qaranlıq dalandan çıxması, iqtisadi proseslərə qoşulması və inkişafa doğru addım atması deməkdir. Eləcə də, İran, Gürcüstan da daxil olmaqla Azərbaycanın bütün qonşuları bu perspektiv dividentlərdən istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Yəni, Zəngəzur dəhlizi dostluq və faydalı birgə əməkdaşlıq qapısı olmaqla bütün iştirakçıların , o cümlədən də Ermənistanın gələcəyinə işıq yandırır. Ona görə də, hər bir ölkə xoş niyyətlə, heç bir iddia olmadan, yalnız sülhə və geniş əməkdaşlığa töhfə verə biləcək iradə nümayiş etdirməklə bu trans-kommunikasiya ailəsinin üzvünə çevrilə bilər. Xüsusilə də, Ermənistan belə bir fürsəti qaçırmamalıdır. Əks halda onun üçün yeni fəlakət dalğası başlayacaq".
Aydın Nuri 

Sosial       Tarix: 25 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ik

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat xeberleri qarabag bugun xeberler hava durumu