Payızda mal ətinin kilosu 20 manat ola bilər

Payızda mal ətinin kilosu 20 manat ola bilərMal ətinin qiyməti yenidən bahalaşıb. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur. Satıcılar bildirdi ki, bir həftə ərzində qiymətdə 50 qəpik, 1 manat bahalaşma var. Satıcıların sözlərinə görə, heyvanı baha aldıqlarına görə baha qiymətə də satırlar. Bahalaşma mal içalatında da özünü göstərir. O da bildirildi ki, bir həftə ərzində mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı, hələ ki, qoyun ətinə təsir etməyib.
Qeyd edək ki, ötən ilin payızında da mal əti bahalaşmışdı. Şəhərin mərkəzindən nisbətən kənardakı ət kəsimi obyektlərində mal əti minimum 14 manata satılırdı. Şəhərin mərkəzindəki obyektlərdə və super marketlərdə isə qiymət 15-17 manat arası dəyişirdi. Heyvandarlıqla məşğul olan fermerlər bahalaşmaya əsas səbəb kimi yenə də mal-qaraya verilən yemlərin qiymətinin artmasını göstərirlər. Qeyd edək ki, adətən qış aylarında mal-qara üçün yem bazasının əsasını təşkil edən quru otun, kəpəyin, kökəltmə yemlərinin demək olar hamısı bahalaşır. İndi isə əksinə, bu proses artıq yayda-ətə tələbatın o qədərdə çox olmadığı vaxtda başladı.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 6 ayında mal əti idxalı 3229,18 ton təşkil edib. Buna 13 milyon 244,64 min dollar vəsait sərf edilib. Ötən ilin eyni dövründə mal əti idxalımız 5 milyon 451,92 min dollar dəyərində 1 233,13 ton olmuşdu. Beləliklə, mal əti idxalında çəki ifadəsində 2,6 dəfədən çox, dəyər ifadəsində isə 2,4 dəfədən çox artım var.
Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, diri heyvan idxalında artım iyulda da davam edib. Bu ilin yeddi ayında ölkəyə  51 milyon 223.94 min dollarlıq diri heyvan idxalı reallaşıb. Bu, ötən ilin eyni dövründəki  29420.28 min dollardan 74,1 faiz çoxdur.
Diri heyvan idxalındakı artım ölkədə mal-qara və qoyun sayındakı ciddi azalmadan qaynaqlanır. Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir.
Rəsmilər bildirirlər ki, Azərbaycanda heyvandarlığa dövlət dəstəyi sırf məhsuldarlığın artırılması, intensiv ferma modelinə keçidin stimullaşdırılmasına yönəlib. Lakin proses çox ləng gedir, intensiv ferma təsərrüfatlarının sayındakı artım ölkədə ətə olan tələbatın artım sürətindən qat-qat aşağıdır. Belə görünür ki, mal əti yayda bahalaşdısa, demək, payız-qışda 20 manat ola bilər.
KONKRET.az-ın məlumatına görə, iqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı "Yeni Müsavat"a bildirib ki, statistik rəqəmlərin təhlili onu deməyə əsas verir ki, 2021-ci ildən ət idxalında artım müşahidə olunur:
"Əsasən də iribuynuzlu və xırdabuynuzlu heyvanların həm diri formada, həm də kəsilmiş ət formasında ölkəyə idxalında artım baş verdi. Bu ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı iki dəfə artıq artıb. Bu da bizə onu deməyə əsas verir ki, ölkədə həm iribuynuzlu, həm də kiçikbuynuzlu heyvanların sayında azalma müşahidə olunub. Əhali artımı da baş verir. Həm də bizdə insanlar əsasən ətli yeməklərdən istifadə etdiyindən, süfrəmizin əsas məhsulu olduğundan ətə tələbat daha da artır. Bunun müxtəlif səbəbləri var. İlk olaraq ətin qiymətinin artması Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Əvvəllər ət Rusiyadan daha ucuz idxal edilirdi. Hazırda bu dayandırılıb. Ukrayna portlarına çatmaq imkanı məhdudlaşdırılıb. Bu da Ukraynadan ucuz ətin idxalına məhdudiyyət yaradır. Əsasən də Rusiya, Qazaxıstan, Gürcüstandan ölkəmizə diri heyvan, ət idxal edilir. İkinci məsələ ölkəmizdə örüş yerlərinin azalmasıdır. Belə ki, 2020-ci ildən bu yana əkinçilik sahələrinə daha çox yer ayrıldığından, əkinçilik sahəsinin genişləndirilməsindən örüş yerlərinin azalması müşahidə olunur. Bu da, sözsüz ki, mal-qara saxlanmasını daha da bahalaşdırır və xaricdən idxal olunur. Bu da öz növbəsində qiymətin artımına səbəb olur. Yaydan sonra təbii yem azalmağa başlayacaq ki, bu da  bahalaşmanı daha da sürətləndirəcək.
Çünki artıq rəqəmlər onu deməyə əsas verir ki, idxalda artım baş verir, sözsüz ki, bu sahədə idxaldan asılılığı artırır. Baxmayaraq ki, dövlət tərəfindən müxtəlif istiqamətlərdə heyvandarlığın artırılmasına müxtəlif dəstək göstərilir. Yem ƏDV-dən azad edilib. Heyvandarlıq üçün təsərrüfatlara müxtəlif stimullaşdırıcı vəsaitlər ödənilir. Örüş sahələrinin az olması stimullaşdırmanın nəticələrini daha da azaldır. Biz həm də örüş sahələrinin genişləndirilməsinə diqqət etməliyik".
Ekspert əlavə edib ki, hazırda bütün dünyada hidroponik yemin istehsalına böyük imkanlar yaradılır:
"Süni formada yetişdirilmiş bir yemdir, həm ucuz başa gəlir, həm də olduqca məhsuldardır. Ümid edirəm ki, bu yem idxalının azalmasına təsirlərini azalda bilər. Hər kəs öz təsərrüfatını qidalandırıcı, hidroponik yemlə təmin edə bilər".
İqtisadçı Eldəniz Əmirov da mövzu ilə bağlı fikirlərini açıqladı. O dedi ki, ətin qiymətinin qalxması həm inflyasiya şəraitində, həm yem məhsullarının qiymətində, yem məhsullarının qiymətini formalaşdıran gübrənin qiymətində, su resurslarının məhdud olduğu bir şəraitdə, eyni zamanda torpaq resurslarının məhdud olması zərurətindən yaranıb:
"Yəni Azərbaycanda 4.7 milyon hektarlıq kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi var. Təsəvvür edin, 2001-ci ildə bunun 37.4 faizi əkin sahələri idi. Çoxillik əkmələr 4.8 faiz idi. Amma biçənək və örüş otlaq sahələri 56.5 faiz idi. 20 il sonra, yəni 2020-ci ilin statistikasında artıq əkin sahələri 30.4 faizdən qalxaraq 42.9 faiz olub. Əkin sahələri 43 faizə çatıb. Amma biçənək və örüş, otlaq sahələri 56.5 faizdən 50.6 faizə düşüb. Son 20 il ərazində 6 faizlik biçənək və otlaq sahəsində azalma var. Onsuz da Azərbaycanın torpaq ehtiyatları məhduddur. Geniş torpaq ehtiyatlarımız yoxdur. O qədər də məhsuldar deyil. Bunun  qarşılığında biçənək sahəsinin azalması, gübrə qiymətlərinin qalxması, eləcə də yanacağın qiymətinin qalxması yem məhsulunun maya dəyərini ciddi şəkildə artıran faktordur. Yem məhsulunun qiyməti artdıqda isə təbii olaraq heyvanın, mal ətinin, onun digər məhsullarının da qiyməti artacaq. Hesab edirəm ki, bu proses davam edəcək. Sadəcə olaraq, bu prosesin sürətini əngəlləmək mümkündür".
Ekspert əlavə edib ki, bütün hallarda zaman-zaman ətin qiyməti qalxacaq:
"Çünki əhali artır. Əhalinin 7 milyon olduğu 90-cı illərin əvvəlində də bizim eyni torpaq sahəmiz vardı. 20 il sonra da, sayımız 10 milyonu keçdiyi zaman da eyni torpaq sahəmiz var. Sayımız artıbsa, tələbatımız da artıb. İntensiv heyvandarlığı inkişaf etdirmək üçün ən azı əhalinin artımını və yeni tələbatları qarşılayacaq səviyyədə artırmaq lazımdır. Elə bir artım olarsa, o zaman ətin qiymətini orta statistik inflyasiya qiymətinə uyğunlaşdıra bilərik. Amma intensiv məhsuldarlığın artımı böyük sürətlə yüksəlməsə, o zaman, qeyd etdiyim kimi, ət qiymətlərində artımlar qaçılmaz olacaq".

Sosial     Baxılıb: 190   Tarix: 22 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Manatın bugünkü kursu: Dollar sabit, avro 1,99 manata çatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) 27 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,700 manat olub. Avronun manata qarşı məzənnəsi 1,993

Yağışa görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetm

Pulunu dollarlarla saxlayanlara ŞAD XƏBƏR

Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə – 51,1%-ə yüksəlib

Sabah hava necə olacaq? - Proqnoz

Azərbaycanda mayın 1-də havanın 25 dərəcə isti olacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. -un məlumatına görə, açılışa dövlə

Həyət evində yaşanların nəzərinə! - Bunu etməyin 600 manat cəriməsi var

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur

WhatsApp'da nömrəni gizlətmək mümkün oldu

"WhatsApp" tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub.  xəbər verir ki, son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefo

Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bilindi

Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub. xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olmas

Türkiyədə yaşayan azərbaycanlılar üçün üzücü xəbər

Türkiyə Miqrasiya İdarəsinin qərarına görə, bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu (ikamet harcı) kəskin artırılıb. xəbər verir ki, əvvəllər ortalama 3700 TL (85 dollar) olan yaşayış icazəsi indi 1 il üçün təxminə


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber.az krimnal xeber valyuta mezenesi sosial yardim