BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərək Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bu barədə azxeber.com-a AZAL-dan bildirilib.
"Air Arabia" aviaşirkətinin Moskva–Şarja marşrutu üzrə hərəkət edən aviareysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Airbus A320 tipli hava gəmisinin enişi yerli vaxtla saat 19:43-də uğurla yerinə yetirilib.
Eyni zamanda, "FlyDubai" aviaşirkətinin Bakı–Dubay istiqaməti üzrə müntəzəm reysi saat 18:14-də havaya qalxdıqdan sonra geri dönməyə məcbur olub. Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat 19:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Qeyd edək ki, Bakı aeroportu fəaliyyətini tam ştat rejimində davam etdirir və hava gəmilərinin qəbulu ilə yanaşı, onların yerüstü xidmətlə təmin olunmasını beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA