Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ

Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİKinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Bu barədə azxeber.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sosial       Tarix: 27 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yer kürəsində geomaqnit pozuntuları müşahidə olunur

Yer kürəsində maqnit sahəsinin zəif pozuntuları qeydə alınıb, lakin hələlik maqnit qasırğası başlamayıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Ye

Azərbaycanda hamı yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atır - AÇIQLAMA

İstifadə müddəti bitmiş mobil telefonlar və elektron cihazlar əksər hallarda məişət tullantıları ilə birgə zibil qutularına atılır. Lakin bu texnologiyalar adi zibil kimi yox olmur. Tərkibindəki zəhərli maddələr ətraf mühit

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır

Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz

Yeni həftə bir çox bürclər üçün dəyişikliklər, yeni imkanlar və mühüm qərarlarla yadda qala bilər. . xəbər verir ki, astroloqların proqnozlarına görə, bəzi bürclər iş həyatında uğur qazanacaq, digərləri isə şəxsi münasibətlərd

Minimum pensiya və maaşlarla bağlı MÜHÜM PROQNOZ: Nə vaxt artırılacaq?

Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələs

32 milyon qısır erkək ağcaqanad təbiətə buraxılacaq

Qlobal istiləşmə və ekosistem dəyişiklikləri ilə birlikdə ağcaqanadların yaydığı xəstəliklərin riski artdığı bir vaxtda, bu problemə qarşı yeni və diqqətçəkən bioloji mübarizə üsulu gündəmə gəlib. xarici mətbuata istinadə

Ev heyvanı ilə yatanların nəzərinə

Pişik və ya itlə eyni yataqda yatmaq sağlamlıq və yuxu keyfiyyəti baxımından müəyyən risklər yarada bilər. -a istinadən xəbər verir ki, araşdırmalara görə, Niderlandın Utrext Universitetində aparılan tədqiqat ən böyük təhlükəni

Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 34 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham edilib. Hadisə ötən il oktyabrın 17-də rayonun M.Hadi küçəsində baş verib. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İsmayıl saa

Bu il Məhərrəm ayı nə vaxt başlayır?

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb. xəbər verir ki, Miladi təqvimi ilə iyunun 16-da Məhərrəm ayının ilk günüdür. Məhərrəm ayının 10-u, Aşura günü isə iyunun 25-nə təsadüf edir. Məhərrəm ayı başa çatdıqda


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler cəbhədən son vəziyyət xeber saytlari xeberler bugun