Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…

Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya minimum pensiya kapitalı olmalı, ya da ən azı 25 il sığorta stajı toplanmalıdır. Hazırda minimum pensiya kapitalı 46 min 80 manat təşkil edir. Əgər bir şəxsin hesabında 40 min manat pensiya kapitalı varsa, lakin bu məbləğ tələb olunan həddə çatmırsa və onun sığorta stajı da 25 il deyil, məsələn, 23 ildirsə, həmin şəxs yaşa görə əmək pensiyası hüququ qazana bilmir. Bu halda ona yalnız yaşa görə sosial müavinət təyin edilir.
Belə vəziyyətdə vətəndaşın hesabında qalan 30-40 min manat pensiya kapitalının aqibəti necə olur? Həmin vəsait şəxsə geri qaytarılır, yoxsa sistemdə qalır?
azxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova əgər şəxsin əmək stajı yetərli deyilsə, həmçinin də lazım olan kapitalı toplamayıb və əməkhaqqı yaşını doldurubsa, sosial müavinət verildiyibi bildirib.
"Əgər qeyd olunan müəyyən müddət çatmırsa, həmin müddəti işləyib staj müddətini doldura bilər. Bu zaman vətəndaşın yenidən müraciət edərək əmək pensiyası hüququndan yararlana bilməsi mümkündür".
Pensiya kapitalında toplanan 30-40 min manatın aqibətinə qaldıqda, iqtisadçı deyib ki, bununla bağlı qərar yoxdur:
"Əgər konkret qanun layihəsi olarsa, o zaman həmin toplanan kapitalın 30-40 faizə qədəri ödənə bilər. Şəxsin vəfat etməsi durumunda isə ödəniləcək məbləğ vərəslər arasında bərabərhüquqlu formada bölünəcək. Şəxsin kredit borcu və ya digər borcları varsa, həmin məbləğdən silinib sonra vərəsələrə ödənilə bilər . Yuxarda qeyd etdiyim kimi, bununla bvağlı konkret qanun layihəsi mövcud deyil. Vətəndaşın da hüququ yoxdur ki, dövlətdən tələb etsin".
Günay Hüseynova bildirib ki, bundan əlavə özəl pensiya fondlarının yaranması nəzərdə tutulur:
"Bir növ Türkiyədəki "bireysel emeklilik" sistemi kimi. Yəni istənilən vətəndaş, həmçinin işləməyən evdar qadınlar belə bu fonda pul yatırıb pensiya hüququ yarandığı zaman təqaüd ala bilirlər. Şəxs vəfat etdikdə isə mirasçılar müəyyən məbləği həmin fonddan ala bilirlər. Düsünürəm ki, özəl pensiya fondlarının fəaliyyəti daha məqsədəuyğun olardı. Həmçinin, dövlət nəzarətində qurumun fəaliyyəti güvənli və şəffaf olması baxımından da avantajlıdır. Təbii ki, bu zaman da əmək müfəttişliyinin iş rejimini gücləndirməsi və ciddi nəzarət tədbirləri önəmli faktordur. Bununla yanaşı dövlət təşkilatları, dövlət qurumları tətbiqlərinə inteqrasiya da önəmli faktordur".

İqtisadiyyat       Tarix: 28 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler