Pensiya kapitalı ilə bağlı MÜHÜM YENİLİK: Qərar bu tarixdə TƏSDİQLƏNƏCƏK

Pensiya kapitalı ilə bağlı MÜHÜM YENİLİK: Qərar bu tarixdə TƏSDİQLƏNƏCƏKAzərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Bunu ötən gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Bəs özəl pensiya fondlarının yaradılması pensiyaçılara hansı imkanlar yaradacaq? Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vahid Əhmədov Referans.az-a açıqlamasında bildirib ki, özəl pensiya fondlarının yaradılması vətəndaşlara seçim imkanı verəcək:
"Bir neçə ildir ki, bu barədə Milli Məclisdə fikirlərimi bildirmişəm. Özəl pensiya fondları yaradılmalı idi, çünki pensiya təminatı olan insanların seçim hüququ olmalıdır. İnkişaf etmiş ölkələrdə pensiyalar necə hesablanır, necə verilirsə, bizdə də elə olmalıdır. İnsanların seçim hüququ olduqda onlar daha çox mənfəət əldə edə bilirlər. Bu barədə dəfələrlə Milli Məclisdə fikirlər qaldırmışdım və bildirmişdilər ki, lazımi qurumlarda bununla bağlı işlər gedir".
Deputat qeyd edib ki, özəl pensiya fondlarının yaradılması Azərbaycan əhalisinə, eləcə də pensiyaçıların pensiyasına müsbət mənada təsir edən əsas amillərdən biri olacaq. Onun sözlərinə görə, özəl fondların yaradılmasından sonra pensiyaların artırılması hazırda dəqiq bilinməyən bir məsələdir: "Pensiyalarda artımın necə olacağını demək hələlik çətindir. Çünki mövcud qurumun yaradılmasından sonra bu suallar öz cavabını tapacaq. Amma ümumi olaraq bunun vətəndaşlara çox müsbət əhəmiyyəti olacaq".
Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli Referans.az-a bildirib ki, özəl pensiya fondlarının yaradılmasına uzun müddətdir ki, ehtiyac var idi, lakin yaradılan fondun necə fəaliyyət göstərəcəyi əsasnamə və sənədlər təsdiq olunandan sonra bilinəcək:
"Özəl təqaüd fondlarının yaradılması özü özlüyündə pozitiv bir qərardır. Biz uzun müddətdir ki, bunun üçün çağrışlar edirdik. Amma bir çox sualların cavabı əsasnamə təsdiq olunandan sonra bilinəcək. Hansı şərtlərlə yaranacaq, hansı prinsiplər olacaq, necə qorunacaq, vətəndaşlara hansı üstünlüklər təklif olunacaq – bütün bunlar əsasnamə və sənədlər təsdiq olunandan sonra təsdiqlənəcək. Əgər mənətiqi ardıcıllıq qursaq, vətəndaşlarla özəl fondlar arasında tipik yox, fərdi müqavilələrin bağlanılmasına ehtiyac var. İndi bu qərar olacaq ya yox bilmirik".
İqtisadçı qeyd edib ki, biz hazırda məcburi icbari sığorta ilə mükəlləfik. Onun sözlərinə görə, icbari yox, könüllü olaraq müqavilə şərtləri ilə özəl fondlarla razılaşma əldə edəcəyik ya yox, buna qəbul olunmuş sənədlərdən sonra fikir bildirmək mümkün olacaq: "Hazırda Azərbaycanda pensiya kapitalı ilə bağlı ən böyük problem avtomatik olaraq minimum əməkhaqqı artan kimi pensiya kapitalının da artmasıdır. 2022-ci ildə minimum təqaüd 240 manatdan 280 manata qaldırıldı və avtomatik olaraq qanuna görə pensiya kapitalı həmin an 40 min 220 manata qalxdı. Bu doğru deyil".
Sabah minimum təqaüd 400-500 manata qalxsa, belə çıxır ki, pensiya kapitalı 70-80 minə qədər artacaq. Bu qədər vəsaiti heç kim yığa bilməz. Özəl təqaüd fondlari olduqdan sonra vətəndaşlarla qurum arasında fərdi müqavilə bağlanacaq. Bu zaman kapitalın yığım hissəsini artırmaq da olacaq, əlavə özünüz də vəsait qoya biləcəksiniz – deyə Natiq Cəfərli əlavə edib.  / azxeber.com

Sosial       Tarix: 12 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri sou xeberler ən son xeberler bugünki xəbərlər