Pensiyaçı qadınların sayı kişilərdən çoxdur
Əmək pensiyaçılarının 707 001 (yeddi yüz yeddi min bir) nəfəri və ya 58,89%-i yaşa görə, 347 298 (üç yüz qırx yeddi min iki yüz doxsan səkkiz) nəfəri və ya 28,93%-i əlilliyə görə, 146 176 (yüz qırx altı min yüz yetmiş altı) nəfəri və ya 12,18%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
azxeber.com "modern.az"a istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, əmək pensiyaçıları arasında qadınların payı 56%, kişilərin payı isə 44% təşkil edir. Yaşa görə və ailə başçısını itirməyə görə əmək pensiyaçılarının arasında qadınlar üstünlük təşkil edir. Belə ki, yaşa görə əmək pensiyaçılarının 60%-i qadın, 40%-i kişi, əlilliyə görə əmək pensiyaçılarının 43%-i qadın, 57%-i kişi, ailə başçısını itirməyə görə əmək pensiyaçılarının 71%-i qadın, 29%-i kişidir.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu