Pensiyalar Füzuli Ələkbərovun dövründə saxtalaşdırılıb - Rəsmi
"Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub".
azxeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili öz feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb: "Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır. Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır". Rəşad Mehdili vurğulayıb ki, DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib.
Qeyd edək ki, 7 fevral 2006-cı il - 22 oktyabr 2013-cü il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov olub.
Xatırladaq ki, 2021-ci il üçün Dövlət sosial müdafiə fondunun (DSMF) icra olunmuş gəlir və xərc göstəriciləri üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var