Pensiyalarla bağlı Nazirlikdən VACİB AÇIQLAMA

Pensiyalarla bağlı Nazirlikdən VACİB AÇIQLAMAPrezident İlham Əliyevin təsdiq etdiyi yeni qanun - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) azxeber.com-a verilən məlumata görə, yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.
Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əmək haqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.
Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10%, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16,67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.
Misal üçün, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxsin pensiyası 1000 manatdırsa, bu il əlavə dəstək olaraq hər ay verilən 10 faiz (100 manat) maddi yardımla birgə 1100 manat hesablanmaqla, indeksasiya faizi qədər artım bu yekun məbləğin (1100 manat) üzərinə əlavə ediləcək.
Qeyd edək ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyasında ən yüksək artım 70% olubsa, ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyalarında indeksasiya nəticəsində artım 98% olub.
Bu da vahid indeksasiya metoduna keçidin xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının davamlı artımı üçün daha effektiv və onların mənafeyinə uyğun olduğunu göstərir.
Eyni zamanda, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq. Bununla həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığını yüngülləşdirilməklə, əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyi də aradan qalxacaq.
Eləcə də dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra onlar da azı 6 il işlədikdə (və ya pensiya təyin edildikdən sonra bir müddət işləyib daha işləmədikdə) topladıqları kapitala əsasən hesablanacaq artım pensiyalarının ümumi məbləğinin üzərinə əlavə ediləcək və daha yüksək məbləğdə pensiya məbləğlərinin formalaşmasına səbəb olacaqdır.

İqtisadiyyat       Tarix: 16 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri dunyada son xeberler son xeberler bu gun cebheden xeber