Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİK

Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİKSon zamanlarda ölkəmizdə pensiya kapitalının birdəfəyə tam əldə edilməsi ilə bağlı müzakirələr aparılır. Pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği nəzərdə tutulur. Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər.
İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə edə bilərlər. Yəni sözügedən kapital 144 aya bölünərək aylıq pensiya şəklində vətəndaşa təqdim edilir. Lakin, bəzi şəxslər pensiya kapitalından tam yararlanmaq niyyətindədirlər. Vətəndaşlar deyir ki, bəzi insanların ömrü pensiya kapitalından tam istifadə etməyə çatmır və onu daha tez istifadə etmək istəyir. Bu mənada yaxın gələcəkdə qanunvericiliyə hansısa dəyişikliklərin olması ehtimalı varmı? Yəni insanlar pensiya kapitalının ən azından müəyyən bir hissəsindən yararlanmaq fürsəti əldə edə bilərlərmi?
azxeber.com xəbər verir ki, sözügedən mövzu ətrafında millət vəkili Vüqar Bayramov referans.az-a açıqlama verib.
Millət vəkili bildirib ki, pensiya kapitalının istifadə məsələsi müzakirə edilən məsələlərdən biridir. Bununla bağlı 2015-ci ilin dövlət büdcəsi müzakirə edilən zaman Milli Məclisdə də təkliflər təqdim olunub. Bir sıra ölkələrdə o cümlədən Sinqapur və Amerika Birləşmiş Ştatlarında olduğu kimi pensiya kapitalının bizdə də istifadəsi ilə bağlı təkliflərimizi etmişik. Bizim təkliflərimiz, pensiya kapitalının bir hissəsinin pensiya kapitalını formalaşdıran şəxs tərəfindən pensiya yaşı tamam olmadan pensiya imkanlarının yaradılmasıdır. Millət vəkili müqayisə üçün onu da vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarında minimum pensiya anlayışı ilə yanaşı həm də orta pensiya kapitalı anlayışı da var. Bu kapitala malik olan şəxslər o kapitaldan istifadə edə bilirlər. Bu isə həmin şəxslərə imkan verir ki, onlar pensiya kapitalından daha tez faydalansınlar həm də pensiya kapitalının bir hissəsi istehlaka yönəlsin. Oxşar praktikanın Azərbaycanda da tətbiqini məqsədəuyğun hesab edirik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsinin aparılması və buna uyğun qərarın verilməsi vacibdir. "Bütövlükdə pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının yaradılması, misal üçün kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətləri üçün istifadə edilməsi pensiya kapitalının yığımına marağı artıra bilər. Eyni zamanda da həm də bu proses vətəndaşlarımızın pensiya kapitalının daha səmərəli istifadəsinə fürsət yarada bilər. Həmçinin də bu rəsmi məşğulluğun genişləndirilməsi fonunda qeyri-rəsmi məşğulluğun payının azaldılması baxımından da vacibdir", - deyə deputat əlavə edib.

İqtisadiyyat       Tarix: 21 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az cəbhədən ən son xəbərlər azerbaycan son xeber bugun sonxeberler