Pentaqon Rusiya ilə mübarizə üçün yeni plan hazırlayır
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2022-ci ilin əvvəlində dərc oluna biləcək yeni müdafiə strategiyası hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə "19FortyFive" nəşri məlumat yayıb.
Pentaqon rəhbərinin müavini Mara Karlin iddia edir ki, hər bir milli müdafiə strategiyası ölkənin silahlı qüvvələrinin planlaşdırma dizaynını nəzərə almalıdır.
Onun sözlərinə görə, ABŞ-ın yeni müdafiə planının əsas məqsədi Çinə yönələcək. Strategiyanın bir hissəsi olaraq Pentaqon metastaz verən və ya dəyişən, lakin aradan qalxmayan digər problemləri həll etmək üçün müttəfiqlər və tərəfdaşlarla işləməyi planlaşdırır.
Nəşr qeyd edir ki, ABŞ-ın müdafiəsi ilə bağlı yeni plan Prezident Co Baydenin 2021-ci ilin martında dərc etdiyi müvəqqəti milli təhlükəsizlik strategiyasına əsaslanacaq və 3 əsas vəzifəni ehtiva edəcək. Birincisi, ABŞ-ı güclü edən şeyləri qorumaq və dəstəkləməkdir: vətəndaşlar, iqtisadiyyat, müdafiə və demokratiya. İkincisi, ABŞ-ın Çin və Rusiya kimi düşmənlərini çəkindirmək və qarşısını almaq üçün "güclərin əlverişli bölgüsünü" təşviq etməkdir. Üçüncüsü, demokratik ittifaqlardan, institutlardan və qanunun aliliyindən asılı olan açıq, sabit beynəlxalq sistemə rəhbərlik etmək və dəstəkləməkdir.
Akqabay

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var