Peru mətbuatında Qarabağla bağlı birgə bəyanat barədə danışıldı

Peru mətbuatında Qarabağla bağlı birgə bəyanat barədə danışıldıPeru mətbuatında Qarabağla bağlı birgə bəyanat barədə danışıldı
Perunun ən nüfuzlu mətbu orqanlarından olan "La República" qəzetində Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən Ermənistanla Azərbaycan arasında atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə razılaşmanın əldə olunmasında Rusiyanın vasitəçiliyi və Türkiyənin əhəmiyyətli rolunu qeyd edən səfir bəyanatın tələblərinə əsasən Ermənistan ordusunun Azərbaycanın işğalda qalan ərazilərindən çıxarıldığını, razılaşmanın tələblərinə əməl edilməsinə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, habelə Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzinin yaradılacağı haqda məlumat verib.
O bildirib ki, bəyanatın tələblərindən irəli gələrək, 1991-94-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun, ümumilikdə ölkə ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğalı zamanı bu ərazilərdən qovulmuş bir milyona yaxın azərbaycanlı məcburi köçkünün qarşıdakı vaxtlarda öz torpaqlarına qaytarılması nəzərdə tutulur.  
Azərbaycan tərəfinin itkilərinə dair sualla bağlı səfir hərbi əməliyyatlar dövründə münaqişə zonasından kənarda yerləşən, sıx məskunlaşmış şəhər və kəndlərimizin, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin dəfələrlə Ermənistan tərəfindən ballistik raket zərbələrinə məruz qaldığını, bu hücumlar zamanı 94 nəfər mülki şəxsin həlak olduğunu, 400 nəfərdən çox insanınsa yaralandığı barədə məlumat verib. 
Bölgənin gələcəyi ilə bağlı Azərbaycan tərəfinin gözləntilərinə dair suala münasibətdə səfir Ermənistanda təcavüzkar və qisasçı məqsədlər güdən, azərbaycanlılara qarşı nifrəti təbliğ edən deyil, barışıq tərəfdarı olan və bu düşmənliyə son qoyulmasını dəstəkləyən siyasətin üstünlük təşkil edəcəyinə ümidvar olduğumuzu bildirib. Azərbaycanda ermənilərə qarşı kin bəslənilmədiyini deyən diplomat bu gün ölkəmizdə on minlərlə erməninin yaşadığını, Dağlıq Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşı olduğunu və bu insanların Azərbaycan qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.  /oxu.az

Siyasi       Tarix: 07 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari beynelxalq bank mezenne xəbərlər.com en yeni xeberler