Peskovdan Fransaya TƏRS ŞİLLƏ: Rusiyada bu, mümkün deyil

Peskovdan Fransaya TƏRS ŞİLLƏ: Rusiyada bu, mümkün deyilRusiyada "Charlie Hebdo" kimi bir dərgi çap oluna bilməz.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Kommersant" radiosuna müsahibə verən Peskov bildirib ki, Rusiyanın qismən müsəlman ölkəsi olduğu unudulmamalıdır: "Rusiyada hakim din xristianlıqdır, amma burada 20 milyona yaxın müsəlman da yaşayır. Çoxmillətlilik və çoxməzhəblilik ölkəmizi bənzərsiz edir. Bütün məzhəblər bir-birinə tamamilə hörmət içində yaşayır. Bu səbəbdən, belə bir dərginin Rusiyada mövcudluğu qətiyyətlə mümkünsüzdür".
Peskov Tanrı ilə bağlı karikaturaların hazırlanmasına Kremlin münasibəti sualına isə mövzunun çox çətin olduğunu və bununla bağlı rəsmi görüş bəyan etməyin mümkün olmadığını qeyd edib.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə 16 oktyabrda söz azadlığı ilə bağlı dərsində Məhəmməd peyğəmbərin karikaturalarını göstərən Samuel Pati adlı müəllimin başı kəsilərək öldürülmüşdü. Hökumət bundan sonra radikal İslamla mübarizə aparmaq üçün əməliyyatların artırılacağını bildirmişdi.
​Karikaturaların aid olduğu "Charlie Hebdo" dərgisi İslamafobiyanın əsas mərkəzlərindən biri göstərilir.
Zümrüd

Dünya       Tarix: 29 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı beynelxalq bank mezenne siyaseti xeberler bugun son xeber.az