Pezeşkianın nəzmlə çatdırmaq istədiyi siyasi mesajlar - Nahid Canbaxışlı yazır

Pezeşkianın nəzmlə çatdırmaq istədiyi siyasi mesajlar - Nahid Canbaxışlı yazırAprelin 28-də Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın ölkəmizdə yüksək səviyyədə qarşılanması, ona göstərilən isti münasibət təxminən 100 ildən sonra Arazın o tayında türk əsilli soydaşımızın yenidən dövlət rəhbəri postu tutmasına olan sevincimizin, dəstəyimizin açıq ifadə forması idi.
Bunu bütün dünya, o cümlədən İrandakı türk qardaşlarımız, həmçinin digərləri gördü. 700 ildən artıq babalarımızın idarə etdiyi bir məmləkətdə yenidən türk oğlunun rəhbər seçilməsi damarlarında türk qanı axan insanları qürurlandırmaya bilməz. Pezeşkianın prezident seçilməsindən sonra İranda türklər arasında milli oyanışın baş qaldırması da tarixi və siyasi zərurətdən doğan proses kimi qəbul edilməlidir.
Məsud Pezeşkianın Bakıda "Heydərbabaya salam" poemasından səsləndirdiyi bir parça isə səfərin özü qədər maraqlı və əhəmiyyətli oldu. Onun Azərbaycanımızın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın "Heydər babaya salam" şeirini doğma ana dilində, şirin Təbriz ləhcəsi ilə deməsi ürəyimizdəki ayrılıq həsrətini daha da alovlandırdı.
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən
Ağlaşaydım uzaq düşən elinən…
Bir görəydim, ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qaytar, göylərə sal bu səsi!
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb, bağırır,
Mürüvvətsiz insanları çağırır…

Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə  keçirilən Azərbaycan-İran biznes forumunda söylədiyi bu şeir sürəkli alqışlarla qarşılandı. O, Şəhriyarın iki yerə parçalanmış Azərbaycanın bölünməsinə qarşı hayqırtısının, etirazının əksini tapdığı şeiri Bakıda yüksək tribunada səsləndirməklə ayrılıq acısının, iztirabının sönməsinə imkan vermədi.  Şərqin müdrik lidelərlərinə xas cəhətlərini özündə birləşdirən İran prezidenti Pezeşkian Şah İsmayıl Xətainin ənənəsinə sadiq qalaraq poeziya ilə siyasi mesajlarını ustalıqla çatdırdı. 120 nəfərlik nümayəndə heyəti ilə Bakıya gələn, fars millətçilərinin, dini fanatiklərinin hədəfində olan İran lideri brifinqdə açıq nitqlə deyə bilmədiyi ürək sözlərini, dərdini buradakı qardaşlarına şeirlə çatdırdı. Poetik dillə ifadə etsək, nəsrə sığdıra bilmədiyi etirazını nəzmlə ifadə etdi.
Şəhriyarın bu şeiri Xəlil Rza Ulutürkün Moskvadakı Lefortovo zindanında yazdığı "Azadlıq həsrəti" qədər milli ruhun qorunub saxlanılmasına, azadlığın, bütövlüyün bərqərar olmasına xidmət edir. Azadlığı əlindən alınan xalqların hayqırtıları, ismarışları şeirlərin misralarında gizlənir.  Türkiyə cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında səsləndirdiyi "Arazı ayırdılar" bayatısı,  tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi "Ayrılıq" mahnısı və Şəhriyarın "Heydərbabaya salam" poeması Azərbaycanın iki yerə bölünməsinə qarşı poetik etiraz, üsyandır. İrandakı fars siyasi elitası, radikal dindarlar da yaxşı başa düşürlər ki, bu şeirlər Azərbaycanın bölünməsinə üsyan, birləşməsinə çağırışdır.
İran və Azərbaycan prezidentlərinin Bakıda bir-birinə "qardaşım" deyə xitab etmələri də diqqətdən yayınmadı. "Əziz qardaşıma qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm" deyən Məsud Pezeşkian tezliklə yenidən Azərbaycana gələcəyini və növbəti səfərində burada daha çox qalacağını qeyd etdi: "Burada olanda heç zaman özümü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq"
Pezeşkianın Bakıda çıxışında diqqətçəkən məqamlardan biri də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərdir.
"Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq", deyən Pezeşkianın bu açıqlaması Ermənistanda dərin məyusluq doğurdu, anti-azərbaycançı qüvvələrin kefinə soğan doğradı.
Yuxarıda qeyd etdiyimiz kimi, Pezeşkianın Bakı səfərinə ictimai marağın olmasının başlıca səbəblərindən biri onun soydaşımız olması ilə bağlıdır. O, heç vaxt Azərbaycan türkü olduğunu gizlətməyib və bununla qürur duyduğunu, hətta evində övladları ilə Ana dilində danışmağa üstünlük verdiyini bildirib. Tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə və Ana dilimizə bağlı olan Pezeşkianın rəhbəri olduğu İranın siyasi maraqlarını müdafiə etməsinə təbii yanaşmaq lazımdır.
Məhz iki ölkə liderlərinin səyi nəticəsində Azərbaycan-İran münasibətləri bu gün həmişəkindən daha yaxşıdır. Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın Bakıda bir-biri ilə səmimi müzakirələri, söhbətləri,  bəyanatları münasibətlərin dərinləşməsi üçün siyasi iradənin mövcudluğundan xəbər verdi.
Sonda onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra İranda, xüsusilə də türklərin yaşadıqları bölgələrdə Azərbaycan və onun lideri cənab İlham Əliyevə olan maraq, sevgi daha da artdı. Eyni zamanda cənab Prezidentin beynəlxalq aləmdə artan nüfuzu, geniş xarici siyasi əlaqələrinin olması sanksiyalardan əziyyət çəkən, iqtisadi blokadada olan İranın siyasi elitasını düşündürməyə bilməz. Azərbaycan liderinin imkanlarından istifadə edərək xarici dövlətlərlə münasibətlərindəki problemləri həll etməyə çalışan Tehran həmçinin ölkəmizin təşəbbüskarı və ya fəal iştirakçısı olduğu beynəlxalq kommunikasiya layihələrində iştirak etməyə can atır. Xüsusilə də, Azərbaycan üçün vacib olan Zəngəzur dəhlizi ilə bağlı əvvəlki ritorikasını dəyişən Tehran rəhbərliyinin regional və beynəlxalq səviyyəli kommunikasiya xətlərinin İrandan keçməsinə çalışması da başadüşüləndir.
Məsud Pezeşkianın da Bakı səfəri göstərdi ki, İran və Azərbaycan rəhbərliyi bütün anlaşılmazlıqları, problemləri dialoq və müzakirələ yolu ilə həll etməkdə maraqlıdırlar və iki ölkə arasında münasibətləri daha da dərinləşdirməklə regionda sülh, inkişaf yaratmaq niyyətindədirlər. / azxeber.com

Siyasi       Tarix: 30 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber