PFL-dən Qurbanovun stadionla bağlı şikayətinə reaksiya

PFL-dən Qurbanovun stadionla bağlı şikayətinə reaksiya"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə keçirilən oyundan sonra meydançanın durumundan şikayətlənmiş, ot örtüyünün bərbad vəziyyətdə olduğunu bildirmişdi. Təcrübəli mütəxəssis belə bir meydançada futbol oynamağa necə icazə verildiyi anlamadığını açıqlamışdı.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Teleqraf-a açıqlama verib.
PFL rəhbəri bildirib ki, Peşəkar Futbol Liqasının qəbul etdiyi hər bir qərarın əsasları var:
"Ümumiyyətlə, "İmişli" niyə Quba OİK stadionunda oynayır" sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdır.
Bildirmək istərdik ki, "İmişli" klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki "İmişli", hətta Premyer Liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildə göstərilib.
"İmişli" klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsi səbəbi artıq ictimaiyyətə açıqlanıb.
Prosesə yanaşma baxımından PFL eyni addımları "Karvan-Yevlax" klubundan da tələb edib. Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər isə stadionda Premyer Liqa standartlarına uyğunluq baxımından xeyli problemlər yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər – isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub buna əməl etdi. "Karvan-Yevlax" stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik.
Bu gün isə Yevlax təmsilçisi hətta "Kəpəz" klubunun da istifadəsinə imkan yaradıb dəstək olacaq bir məkana sahibdir.
Ümumilikdə isə Premyer Liqanın startı ərəfəsində stadionlar ilə bağlı durum fərqli idi. Belə ki, Qəbələ şəhər stadionundan yerli komanda ilə yanaşı "Kəpəz", "Şamaxı", "Karvan-Yevlax" klubu istifadə edirdi. "Bayıl Arena" Premyer Liqa üçün qəbul olunmadığına, "Kapital Bank Arena"nın qazonu isə hazır olmadığına görə "İmişli" klubu Quba OİK stadionuna üz tutdu. Amma burada ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə "İmişli" 2 oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq "İmişli"yə Quba OİK-də oynamaq icazəsi verildi.
Bəli, biz də qəbul edirik ki, hal-hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə, hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb.
"Hazırda klubun başqa stadionda oynamaq şansları necədir" sualı isə təhlil olunmalıdır. Peşəkar Futbol Liqası öz növbəsində "İmişli"nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq".

İdman       Tarix: 16 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Neftçi" "Sabah"ı belə təbrik etdi – FOTO

"Neftçi" futbol klubu "Sabah"ı tarixi uğur münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, "Neftçi"nin sosial şəbəkə hesablarında paylaşım edilərək "Sabah"ın UEFA Çempionlar Liqasını

UEFA reytinqi: Azərbaycan İsrailə çatdı

Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb.  bildirir ki, ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı il

"Sabah" İsrail klubu ilə qarşılaşacaq

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçına çıxacaq. KONKRET.azxəbər verir ki, o, səfərdə İsrailin "Hapoel" klubu ilə (Beer-Şeva) üz-üzə gələcək. Buxarestdəki "Quleşti"

"Liverpul"dan transfer BOMBASI

"Liverpul" PSJ-nin vingeri Bredli Barkolyanın transferi ilə bağlı razılığa gəlib. "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızılar" Fransa millisinin 23 yaşlı futbolçusu üçün 106+17 milyo

"Qarabağ" üçün Avropa macərası başa çatdı -Yenilənib

Matç rəqibin 1:4 hesabı qələbəsi ilə başa çatır. Bununla da Enshede təmsilçisi UEFA KL-in liqa mərhələsinə yüksəlir. *. Vaut Veqhorst 94-cu dəqiqədə hesabı 1:3 edir. Ümumi hesab 2:3-dür. *. Matç "Tvente"nin 2:

Prosineçki istefaya göndərildi

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Qırğızıstan millisindən ayrılıb. xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, xorvatiyalı mütəxəssis ötən ilin dekabrında

Avropa Liqasında püşk atıldı - (Foto)

Bu gün UEFA Avropa Liqasının 2026/27-ci illər mövsümünün liqa mərhələsinin püşkatma mərasimi keçirilib. qafqazinfo-ya istinadən xəbər verir ki, dörd səbətdə yer alan 36 klubun əsas mərhələdəki rəqibləri bəlli olub. Yeni format

Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları yekunlaşıb. KONKRET.azxəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib. Azərbaycan təmsilçisi "Sabah" Rumıniyada İsrailin "Hapoel Beer-Şeva"

Premyer Liqada II tur: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Qəbələ" öz meydanında "Şəfa"nı qəbul edəcək. Görü


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar az cəbhədən son xeber cəbhədən son xəbər şou biznes xəbərləri