Piylənmənin mümkün səbəbi AÇIQLANDI

Piylənmənin mümkün səbəbi AÇIQLANDIOreqon Sağlamlıq və Elm Universitetinin alimləri müəyyən ediblər ki, piylənmədən əziyyət çəkən insanlar gündüzlər daha az, gecələr isə daha çox enerji sərf edirlər, sağlam çəkisi olan insanlarda isə əksinədir.
KONKRET.az xəbər verir ki, tədqiqat "Obesity" jurnalında dərc olunub.
Eksperimentdə piylənmədən əziyyət çəkən 30 insan iştirak edib. Onlar altı gün ərzində sirkad (gündəlik) ritmləri öyrənmək üçün xüsusi olaraq hazırlanmış laboratoriyada olublar, bu zaman onların yuxu və oyaqlıq cədvəli isə daim dəyişdirilib. Bütün qrafiklərdə piylənmədən əziyyət çəkən insanlar gecə gündüzdən daha çox kalori yandırıblar. Kalori sərfiyyatını izləmək üçün enerji sərfiyyatını nəfəsi buraxan zaman orqanizmdən xaric olunan karbon qazının miqdarı ilə təyin edən kalorimetrdən istifadə edilmişdir. Tədqiqat həmçinin piylənmədən əziyyət çəkən insanlarda insulin hormonunun səviyyəsinin daha yüksək olduğunu müəyyən edib. Bu o deməkdir ki, onların orqanizmləri üçün qlükozanı emal etmək daha çətin olub.
Əvvəlki araşdırmalar göstərib ki, normal çəkidə olan insanlar isə əksinə gün ərzində daha çox enerji sərf edirlər. Alimlər kəşf etdikləri fərqlərin nədən qaynaqlandığını bilmirlər. Gün ərzində daha az enerji sərf etmək piylənməyə səbəb ola bilər və ya bunun nəticəsi ola bilər. Çəkinin artıq və ya əskik olmasını qiymətləndirmək üçün bədən kütləsi indeksi (BKİ) göstəricisindən istifadə olunur. Bunu hesablamaq üçün çəkini (kiloqramla) boyunuzun (metrlə) kvadratına bölmək lazımdır. BKİ-nin 30-dan yuxarı olması piylənmə əlaməti hesab olunur.
Qeyd edək ki, artıq çəki və ya piylənmə hipertoniya, xərçəng və 2-ci tip diabet riskini artırır.//Oxu.az

Sağlamlıq       Tarix: 20 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az son.xabar cəbhədən xəbərlər xeberler bu gun