Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİMarketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır.
Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, bitki yağlarının rəngi, ilk növbədə, istifadə olunan xammaldan və istehsal texnologiyasından asılıdır.

Ekspertin sözlərinə görə, müxtəlif bitkilərdən əldə edilən yağların rəngində təbii fərqlər mövcuddur. Məsələn, qarğıdalı yağı günəbaxan yağı ilə müqayisədə daha tünd rəngdə ola bilər. Bununla yanaşı, istehsal zamanı tətbiq edilən rafinasiya və ağartma prosesləri də yağın görünüşünə təsir göstərir.
"İstehsal zamanı tətbiq edilən rafinasiya və ağartma kimi proseslər yağın tərkibindəki rəngverici piqmentlərin, qoxu və dad komponentlərinin, eləcə də bəzi digər maddələrin bir hissəsinin uzaqlaşdırılmasına səbəb olur. Nəticədə yağ daha şəffaf və açıq rəngli görünə bilər. Lakin yalnız rənginə əsaslanaraq məhsulun təbii və ya keyfiyyətli olması barədə qəti fikir söyləmək düzgün deyil", – deyə ekspert vurğulayıb.
İ.Şirinov qeyd edib ki, eyni bitki növündən alınan yağların rəngi belə xammalın xüsusiyyətlərindən və istehsal texnologiyasından asılı olaraq fərqlənə bilər. Bu səbəbdən çox açıq rəngli yağın mütləq keyfiyyətsiz və ya saxta olduğunu düşünmək yanlışdır. Eyni zamanda, yağın şəffaf görünməsi də onun yüksək keyfiyyətli olmasına zəmanət vermir.
Ekspertin sözlərinə görə, intensiv emal zamanı E vitamini və fitosterollar kimi bəzi faydalı komponentlərin miqdarı azala bilər. Yüksək temperatur şəraitində isə müəyyən arzuolunmaz çirkləndiricilərin yaranması riski mövcuddur. Buna görə də istehsal prosesində temperatur rejiminə, tətbiq olunan texnologiyaya və laboratoriya nəzarətinə xüsusi diqqət yetirilməlidir.
İ.Şirinov bildirib ki, bitki yağlarının keyfiyyətini qiymətləndirərkən yalnız rəng və görünüş deyil, bir sıra digər göstəricilər də nəzərə alınmalıdır. Bunlara turşuluq səviyyəsi, peroksid ədədi, yağ turşularının tərkibi, oksidləşmə vəziyyəti və məhsulun təhlükəsizlik göstəriciləri daxildir.
Ekspert istehlakçılara yağ alarkən etiket məlumatlarını diqqətlə oxumağı da tövsiyə edib. Onun sözlərinə görə, məhsulun tərkibi, istehsalçısı, mənşəyi, saxlanma şəraiti və yararlılıq müddəti barədə məlumatlar seçim zamanı mühüm əhəmiyyət daşıyır.
"İstehlakçı aldığı yağın tərkibi və istifadə olunan qatqılar barədə məlumatlarla tanış olmalıdır. İstehsal prosesi və məhsulla bağlı tələb olunan məlumatların gizlədilməsi istehlakçının aldadılması kimi qiymətləndirilə bilər", – deyə ekspert əlavə edib.
Beləliklə, bitki yağının çox açıq və ya ağımtıl-sarı rəngdə olması özlüyündə onun keyfiyyətsiz, saxta və ya təbii olmadığını göstərmir. Məhsulun keyfiyyətini müəyyənləşdirmək üçün xammalın mənşəyi, emal texnologiyası, laboratoriya nəticələri və təhlükəsizlik göstəriciləri birlikdə qiymətləndirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 29 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xeber cəbhədən ən son xəbərlər cəbhədən görüntüleri sou biznes