PKK-çılar Lavrovla görüşdü: Türkiyədən SƏRT REAKSİYA
PKK/PYD terror təşkilatının liderlərindən olan İlham Əhməd başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Rusiyaya gedib.
Axar.az xəbər verir ki, İlham Əhmədlə Əsəd rejiminə bağlı Xalqın İradəsi Partiyasının lideri Qədri Cəmil arasında Moskvada siyasi anlaşma imzalanıb.
Q.Cəmil terror təşkilatı ilə imzalanan anlaşmada Suriya böhranın həlli istiqamətində vacib maddələrin yer aldığını bildirib.
Daha sonra qonaqlar Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Görüşdə Suriya böhranının həlli yolları, humanitar yardımlar barədə fikir mübadiləsi aparılıb.
Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə etiraz bəyanatı yayıb:
"PKK/YPG-nin rəhbərliyi altında qondarma Suriya Demokratik Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Rusiyaya dəvət olunmasından və yüksək səviyyəli rəsmiləri tərəfindən qəbul edilməsindən narahatıq.
PKK/YPG Suriyada yerli xalqa zülm edən, ölkənin ərazi bütövlüyünə qəsd edən, başda Türkiyə olmaqla, qonşu dövlətlərə təhlükə yaradan terror təşkilatıdır. Rusiyadan Astana formatındakı görüşlərdə verilən öhdəliklərə uyğun hərəkət etmələrini gözləyirik". /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək