Plastik torbalara əlvida: daha 4 ölkə axına qoşulur

Plastik torbalara əlvida: daha 4 ölkə axına qoşulurAvrasiya İqtisadi Birliyi (AİB) ölkələri birdəfəlik plastik torbaların istifadəsinə mərhələli qadağa tətbiq etmək niyyətindədir.
Publika.az xəbər verir ki, Belarus tədbirləri dəstəkləyir, Rusiya müzakirəyə hazırdır.
"İzvestiya"nın xəbərinə görə, ölkələrin mövqeləri AİB müəssisələri arasında istehlakçı tullantılarının emalı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair görüşdən sonra imzalanan sənədlərdə öz əksini tapıb. Rusiya İqtisadi İnkişaf Nazirliyindən qəzetə verilən məlumata görə, birdəfəlik istifadəli plastikdən imtina etməyi təklif edən strategiya planı layihəsinin mart ayının sonuna qədər təsdiqlənməsi planlaşdırılır.
Avrasiya iqtisadi inteqrasiyasının 2025-ci ilədək inkişaf strategiyası torbalar da daxil olmaqla, birdəfəlik plastik idxalına və istehsalına mərhələli qadağanın tətbiq edilməsi məsələsinin araşdırılmasını nəzərdə tutur: "AİB-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın ən vacib sahələrindən biri yaşıl texnologiyalar və ətraf mühitin qorunması da daxil olmaqla, ortaq genişmiqyaslı yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün səylərin birləşdirilməsidir".
Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdə birdəfəlik istifadəli plastik istehsalının və istehlakının qadağan edilməsi baxımından inkişaflar var. Belə ki, 2023-cü ildən etibarən Ermənistan, 2025-ci ildən etibarən Qazaxıstan plastik torbaların satışına tamamilə qadağa qoymağı planlaşdırır. Qırğızıstanın İssık-Kul bölgəsində plastik torbaların və plastik qabların istifadəsinin qadağan edilməsi təklif olunur. Belarusda bu ilin əvvəlindən bəri müəyyən iaşə obyektlərində birdəfəlik süfrələrin istifadəsində məhdudiyyətlər var.
Dünya təcrübəsi isə göstərir ki, qadağalar problemin həlli üçün əsas yol deyil. BMT-nin "Birdəfəlik Plastiklər: Davamlı İnkişaf Yolu" hesabatında ətraf mühitin plastik torbalarla çirklənməsinə qarşı yönəlmiş 140-dan çox qanunvericilik təşəbbüsü nəzərdən keçirilib. Bildirilib ki, təşviqetmə qadağalardan daha yaxşı işləyir.
Qeyd edək ki,1 yanvar 2021-ci tarixdən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Bununla bağlı "Ətraf mühitin mühafizəsi haqqında" qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.
Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb.
Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
Zümrüd

Dünya       Tarix: 05 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar cəbhədən canlı beynelxalq bank mezenne cəbhədən son xeber