Pley-off "Qarabağ"a nə qədər pul qazandırdı?
Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"la qarşılaşıb.
Köhlən atlar 0:6 hesabı ilə məğlub olublar.
KONKRET.az xəbər verir ki, məyusedici məğlubiyyətə baxmayaraq, pley-offa yüksələn və 10 xalla 22-ci olan ağdamlılar 1/16 finala adladığı üçün daha 1 milyon avro, təxminən 2 milyon manat qazanıb.
Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat-red) çatıb.
Çempionlar Liqasının təsnifat mərhələlərini nəzərə aldıqda "Qarabağ"ın qazancı 19 milyon 620 min avro,yəni 38,38 milyon manatdır. "Qarabağ" liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı.
Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.
"Benfika"nı 3:2, "Kopenhagen"i isə 2:0 hesabı ilə məğlub edən "Qarabağ" bu nəticələr sayəsində əlavə olaraq 4,2 milyon avro (8 milyon 300 min manat) qazanaraq ümumi gəlirini 27 milyon 970 min avroya (55,8 milyon manat) çatdırmışdı.
Bu rəqəmin üzərinə Ağdam təmsilçisinin liqa mərhələsində "Çelsi" ilə heç-heçəsini (700 min avro-red) və "Ayntraxt" üzərindəki qələbəsini də gəlsək (2,1 milyon avro-red), klubumuzun liqa çərçivəsində indiyədək qazandığı ümumi məbləğ 30 milyon 770 min avroya, yəni təxminən 61,4 milyon manata yüksəlib.
(modern.az)

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA