Podolyak 44 günlük müharibə ilə bağlı erməni feykini təkzib etdi

Podolyak 44 günlük müharibə ilə bağlı erməni feykini təkzib etdiUkrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Azatutyun"a müsahibəsində bildirib ki, Ukrayna Azərbaycana Qarabağ müharibəsində istifadə olunacaq silahlar tədarük etməyib.
Jurnalistin Ukraynanın Azərbaycana Qarabağ müharibəsində istifadə olunan silahlar, xüsusən də fosfor bombalarını verib-verməməsi ilə bağlı sualına Podolyak mənfi cavab verib və Ukraynanın rəsmi olaraq neytral statusa malik olduğunu və silahların istənilən yerə, xüsusən də qaynar nöqtələrə çatdırılması imkanlarını minimuma endirdiyini bildirib.
"Ukrayna rəsmi olaraq neytral statusa malikdir. Və imkan daxilində biz hər yerə, xüsusən də münaqişə nöqtələrinə silah tədarükü imkanlarını minimuma endirmişik.
Bəli, bizim silah satışı seqmentimiz var idi, lakin bu, adətən tam müqavilələr, ixrac nəzarəti və s. olan "bəyaz" silah satışı idi. Münaqişəni qızışdırmaq və ya təhrik etmək məqsədilə bu və ya digər ölkənin mübahisəli, münaqişəli vəziyyətlərində iştirakının mənası yoxdur", - deyə Podolyak bildirib.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan diaspor təşkilatlarının nümayəndələrinin köməyi ilə Azərbaycanın guya fosfor bombalarından istifadə etdiyi barədə xaricdə feyk xəbərlər yayıb.
Amma sübutlar var ki, 44 günlük müharibə zamanı bu cür qadağan olunmuş sursatlardan məhz Ermənistan istifadə edib.
Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ildə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin birinci birləşmiş ordusunun 37-ci atıcı diviziyasının üçüncü motoatıcı alayının bölmələrinə külli miqdarda fosfor tərkibli yüklər çatdırılıb.
Ermənistan tərəfi bundan əvvəl də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib.
2020-ci il oktyabrın 8-də Ermənistan tərəfdən Füzuli rayonu ərazisinə 122 millimetrlik yandırıcı top mərmisi atılıb. Onun tərkibində 3,6 kiloqram ağ fosfor olub.
Ermənistan atəşkəs dövründə də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib. Hələ 2016-cı ildə Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor bombası atmışdı.
///BAKU.WS / azxeber.com

Siyasi       Tarix: 26 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri xeberler apa.az xeberler son.xabar