Polis əməliyyat keçirdi: 15 nəfər saxlanıldı

Polis əməliyyat keçirdi: 15 nəfər saxlanıldıAğdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən, oğurluq cinayəti törədən və üzərində soyuq silah gəzdirən ümumilikdə 15 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin saxlanması, daşınması və satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
Saxlanılan-Xəyal Baxışov, Murad Bəhərçinov, Baba Beydullayev, Həsən Həsənov, Firuddun Məmmədov, Kamran Mamedov, Orxan Qasımov, Əli Quliyev, Arzu Səmədov, Camal Umarov və İlqar Nağıyevdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotiklərin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə qabaqcadan əlbir olaraq rayon ərazisində dəmir boruları oğurlayan – Eldəniz Mirzəyev, Azər və İlkin Məmmədovlar, eləcə də avtomobilində soyuq silah hesab edilən xəncər gəzdirən Pünhan İsmayılov saxlanılıb.
Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisə       Tarix: 29 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər ən son xəbərlər bugün son xeberler bugun en son xeberler