Polis Təranə Səmədovanın qızını dindirdi
Polis Təranə Səmədovanın qızını dindirdi
İki gün əvvəl həbs edilən prodüser Təranə Səmədova ilə bağlı yeni iddialar ortaya çıxıb.
Lent.az-ın məlumatına görə, prodüserin qonşuları tərəfindən onun evində cinsi azlıq nümayəndələrini qonaq edib, uşaqlarını diləndirməsi ilə bağlı bir neçə iddia irəli sürülüb.
Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşaqları dünən tibbi müayinədən keçiriblər:
"Təranənin yeddi aylıq kiçik qızında çəki azlığı var. Körpəyə müalicə yazılıb. Suelin isə yaşadığı bir çox ağır hadisələrə görə mütəmadi olaraq psixoloq konsultasiyalarına getməsi vacibdir. Uşaqlarda ata faktoru və bağlılığı görmürəm. Suelin beynində atanın yoxluğu formalaşdırılıb. Yəni anası ona aşılayıb ki, sənin atan da, anan da mənəm və s. Sueldə ataya qarşı bir münasibət yoxdur.
O ki qaldı qonşular tərəfindən yayılan iddialara, bəli, Suel özü deyir ki, anası aqressiv vəziyyətdə onlara xəsarət yetirməsin deyə uşağı da götürüb, evdən qaçıb. Bu gün Xətai Rayon Polis İdarəsinin əməkdaşları Suelin izahatını alıblar. Ümumiyyətlə, uşaqların diləndirilməsi və digər iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Polis uşaqlara qarşı şiddət, zorakılıq və ya digər hərəkətlərin edilməsi ilə bağlı təhqiqata başlayıb. Əgər fakt varsa və təsdiqini taparsa, Təranə Səmədova əlavə məsuliyyətə cəlb ediləcək".
Qeyd edək ki, Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. / oxu.az

"Ermənistan artıq hüquqi dövlət deyil" – Qarnik Danielyan
Qvardiola bu ölkəyə "yox" dedi
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Azərbaycan banklarının sosial şəbəkələrdəki reytinqi: Kim öndədir, kim geridə? - SİYAHI
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dünyadan 48 işıq ili uzaqlıqda tarixi kəşf: Elm dünyasında mühüm irəliləyiş
Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə etdi
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI
Niyə bəzi insanlar həmişə gecikir? - Maraqlı səbəb
"Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür" - "Space TV"nin açıqlaması