"Polisin nüfuzuna zərbə vurmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək istəyirlər"- Deputat
Son zamanlar rayonlarda polis və vətəndaş arasında insidentlərin yaşandığı müşahidə olunur. Mövzu sosial şəbəkələrdə də gündəmə çevrilir və xoşagəlməz müzakirələrə səbəb olur. Son olaraq Gədəbəydə polislə vətəndaş arasında yaşanan insident müzakirə mövzusudur. DİN mövzu ilə bağlı açıqlamada bildirib ki, məsələyə hüquqi qiymət veriləcək.
Bıs, görəsən polis - vətəndaş insidentlərinin artmasına səbəb nədir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov azxeber.com-a açıqlama verib.
O Azərbaycanda polis və vətəndaş arasında kütləvi halda qarşıdurmanın olmadığını bildirib:
"Ayrı-ayrı istiqamətlərdə xoşagəlməz hallara bir və ya iki nümunə göstərmək olar. Bu Azərbaycanda polislə vətəndaş arasında qarşıdurma olması demək deyil. Sadəcə maraqlı qüvvələr ən sadə vasitələri polis vətəndaş qarşıdurması kimi təqdim etməyə çalışırlar. Ölkədə polisin nüfuzuna zərbə vurmaqla, Azərbaycan dövlətçiliyini zəiflətmək istəyirlər. Polisin dövlətin keşiyində dayandığını unutmamalıyıq. Təbii ki, hansısa polis öz səlahiyətlərini aşarsa, aidiyyatı dövlət qurumu tərəfindən tədbir görülə bilər".
Deputat qeyd edib ki, vətəndaş özü narazı qaldığı məqamla bağlı hüquq müstəvisində prosesin həllinə nail ola bilər:
"Polis Azərbaycan dövlətçiliyinin təməl sütünlarından biridir. İstər müharibə, istər pandemiya dövründə, istərsə də bu gün ölkədə sabitliyin, ictimai təhlükəsizliyin keşiyində polis dayanır. Onlar dövlətçiliyə əvəzsiz xidmətlər edən Azərbaycan övladlarından ibarətdirlər".
Şəbnəm Zahir

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi