"Politico": "Pentaqon Ukraynanın Krımı geri ala biləcəyinə şübhə ilə yanaşır"

ABŞ Müdafiə Nazirliyində keçirilən qapalı brifinqdə Rusiya-Ukrayna savaşı müzakirə olunub. Burada dövlət rəsmiləri və analitiklər Ukraynanın 2014-cü ilin yazında Rusiya tərəfindən işğal olunan Krıma nəzarəti yaxın gələcəkdə bərpa edə biləcəyi perspektivini şübhə altına alıblar.
KONKRET.azxarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvləri üçün keçirilən brifinqdə iştirak edənlər arasında, ABŞ Müdafiə nazirliyinin Əməliyyat idarəsinin rəisi general Duqlas Sims və müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper də olub. Brifinqdə gəlinən ümumi rəyə əsasən Ukraynadakı hərbi əməliyyatlar teatrında qüvvələr nisbəti Ukraynaya işğal altında olan yarımadanın azad edə biləcəyini söyləməyə imkan vermir.
Bundan əvvəl Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də eyni fikri dilə gətirmişdi.
Rəsmi Kiyev isə əsas məqsədinin bütün Ukrayna torpaqlarını, yəni 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazisini bərpa emtək olduğunu çoxdan bəyan edib. Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bir müddət əvvəl "Washington Post" qəzetinə müsahibəsində bu ilin yayına qədər Krımın azad edilməsinə çalışacaqlarını sözyləyib. Analitiklərin rəyinə görə, Ukraynanın əks-hücumu uğurlu alınarsa, Rusiyanı Krıma birləşdirən dəhliz ələ keçirilə bilər. Belə olan halda Krımda Rusiyanın qoşun qrupunun vəziyyəti xeyli pisləşəcək.//Musavat.com

Siyasi       Tarix: 03 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar

Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarə

Rusiyada Putinin reytinqi kəskin azaldı

Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4% bənd, onun fəaliyyətinin bəyənilmə səviyyəsi isə 3,5% bənd azalıb. KONKRET.azxəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM

Ərdoğan Meloni ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb. xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Məlumata görə

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

İyulun 3-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək. xəbər verir ki, yük Biləcəri stansiyasından yola salınacaq

Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçü

Paşinyan və Pezeşkian bir arada - FOTO

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Görüş zamanı Pezeşkian İran İslam Respublikasının mürəkkəb şəraitdə Ermənsta

İran Xameneinin vida mərasimində Azərbaycana Ali-İmran surəsi ilə mesaj verdi?

İranda ali dini lider Əli Xamenei ilə vida mərasimi davam edir. Mərasim Tehranda başlayıb, daha sonra Qum şəhərində davam edəcək və yekunda Məşhəddə dəfn mərasimi ilə başa çatacaq. Mərasimdə çoxsaylı dövlət və hökumət nümayəndələri

Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər

Paşinyan balans siyasətini davam etdirir: Ermənistanın Qərbə inteqrasiyası və daxili siyasi gərginlik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirəcəyini bəyan ets


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər bugünkü son xəbərlər xeber son xabarlar