Polşa Belarusla sərhəddə baryerlər quracaq
Polşa qonşu Belarusla sərhədboyu ərazilərdə qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində növbəti addıma hazırlaşır.
Publika.az xəbər verir ki, Polşa qonşu ölkə ilə sərhəddə 2,5 metr hündürlüyündə tikanlı məftil çəpərlərini "sabit və hündür baryerlər" ilə əvəzləməyi nəzərdə tutur. Ölkə rəsmiləri baryerlərin necə olacağına aydınlıq gətirməyiblər və bu zaman hasar kəlməsini işlətməməyə çalışıblar.
Daxili işlər naziri Mariuş Kaminski bildirib ki, böhran regionlarından Polşa sərhədlərinə doğru hərəkət edən qeyri-qanuni miqrasiyanın qarşısını almağa xidmət edən baryerlər müvafiq nəzarət sistemləri və hərəkət sensorları ilə təchiz ediləcək. Layihənin ümumi dəyəri 366 milyon avro təşkil edir.
Qeyd edilib ki, hökumət tərəfindən hazırlanan layihə ölkə parlamenti tərəfindən təsdiqlənməlidir. Hakimiyyətdə olan mühafizəkar Hüquq və Ədalət Partiyası (PiS) parlamentdə səs çoxluğuna malik olmasa da, layihənin parlamentdən keçmə ehtimalı yüksəkdir.
Bu ilin yay aylarından etibarən Litva və Latviya ilə yanaşı Polşa da Belarusla sərhədlərini möhkəmləndirmək üçün tədbirlər görür, buna baxmayaraq ölkəyə qanunsuz miqrasiyanın qarşısını tam kəsmək mümkün olmur. Avqust ayından bəri Polşadan keçməklə təkcə Almaniyaya 4300 miqrant qanunsuz şəkildə daxil olub. Bu miqrantların əksəriyyəti İraq, Suriya, Yəmən və İran vətəndaşlarıdır.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək