Portuqaliyalı hakim ilə bağlı "Qarabağ"a XƏBƏRDARLIQ
"Qarabağ" bura kimi çox yaxşı gəlib".
KONKRET.az "Report"a istinadən xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində "Qarabağ"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda qeydə alınmış qolsuz heç-heçə yaxşı nəticədir: "Yeni qaydalara görə, səfər qolu ləğv olunub. Azərbaycan çempionunun şansının yüksək olduğunu düşünürəm".
Şimşek cavab görüşünün baş hakimi Artur Diaşla şəxsi tanışlığının olduğunu söyləyib. Onun sözlərinə görə, portuqaliyalı referi təcrübəli olduğu qədər, həm də aqressivdir: "Ümumiyyətlə, İspaniya və Portuqaliyadan olan hakimlər çox asanlıqla sarı vərəqə göstərir. "Qarabağ" bu mənada diqqətli olmalıdır. Düzdür, oynamağa imkan yaradır, amma sərt oyuna və etiraza dərhal reaksiya verir. İstənilən halda, "Qarabağ" hakimliklə bağlı ürəyini buz kimi saxlamalıdır".
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi