Postancyan: "Real genişmiqyaslı müharibə təhlükəsi mövcuddur"
Ermənistan müstəqil siyasət aparmır, məhz bu səbəbdən ölkə özünü belə acınacaqlı vəziyyətə salıb.
KONKRET.az xəbər verir ki, bu sözləri "Yerkir Tsirani" ("Ərik ölkəsi") fraksiyasının lideri Zaruhi Postancyan deyib.
"Bu gün regionda genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün real təhlükə var. Hətta mən deyərdim ki, 44 günlük müharibə əslində razılaşdırılmış lokal əməliyyat idi. Ona görə də, indi real genişmiqyaslı müharibə təhlükəsi mövcuddur".
Keçmiş deputat iddia edib ki, ABŞ səfirinin İrəvandakı çıxışı mahiyyətcə belə bir təhlükənin mövcudluğundan xəbər verir.
"Bir neçə gündən sonra İran Xarici İşlər Nazirliyinin rəhbəri Bakıya səfər edir və orada yenidən Tehranın regiondakı proseslərlə bağlı "qırmızı xətlərini" xatırladır. İran tərəfi regionda sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyindən danışanda bu mesajı düzgün başa düşmək lazımdır"- deyə Postancyan deyib.
Onun sözlərinə görə, hazırda postsovet məkanının yeni konfiqurasiyası məsələsi ilə bağlı danışıqlar gedir.
Ayan
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi