Premyer Liqa: "Qarabağ" "Şamaxı"ya "Qəbələ" "Sabah"a qarşı

Premyer Liqa: Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XII turun daha iki oyunu keçiriləcək.
KONKRET.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 30 xalla liderdir. Meydan sahibləri 4 xalla 9-cu pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatlarında 71 dəfə üz-üzə gəliblər. Bunların 33-də Ağdam təmsilçisi, 13-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar aşkar üstündür – 99:43. "Qarabağ" 16 oyundur Premyer Liqada uduzmur, "Şamaxı" isə 4 matçdır qol vurmur.
Günün ikinci görüşündə "Sabah" "Qəbələ" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi 28 xalla ikinci, bölgə təmsilçisi 17 xalla beşincidir. Tərəflər indiyədək Premyer Liqada 16 dəfə qarşılaşıblar. Bunların 8-də meydan sahibləri, 5-də "qırmızı-qaralar" meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qəbələ" üstündür – 23:15. "Sabah" çempionatdakı son 4 oyunda rəqibinə qol vurub. Son 6 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası, XII tur
30 oktyabr (bazar)
15:00. "Şamaxı" – "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu
18:30. "Sabah" – "Qəbələ"
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
"Bank Respublika Arena"
Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.

İdman       Tarix: 30 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan beynelxalq bank mezenne ensonxeberler maraqlı xəbərlər