Premyer Liqa: "Qarabağ" "Zirə"ni, "Sabah" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Zirə"ni, "Sabah" "Sumqayıt"ı qəbul edəcəkBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son iki görüşü keçiriləcək.
"Report"un məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" - "Sumqayıt", Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Zirə" qarşılaşmaları oynanılacaq. Bu komandalardan "Qarabağ" vaxtından əvvəl qış çempionluğunu təmin etmək üçün mübarizə aparacaqsa, qalanları 4-cü yerə yüksəlməyə can atacaq.
Hazırda 26 xalla 1-ci yerdə gedən ağdamlılar ötən gün "Neftçi"nin səfərdə "Keşlə"yə 1:2 hesablı məğlubiyyətindən sonra əlverişli fürsət yaxalayıblar. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Zaur Həşimovun rəhbərliyi altında qələbə sevinci yaşamayan "Zirə"ni yensə, xallarını 29-a yüksəldəcək. Bununla da "Qarabağ" ən yaxın izləyicisini 10 xal geridə qoyacaq.
İndiyədək iki komanda 17 dəfə qarşılaşıb. Bunların 13-də ağdamlılar qalib gəlibsə, 4 görüş heç-heçə ilə başa çatıb. Topların nisbəti də "Qarabağ"ın xeyinədir - 36:7. "Zirə" indiyədək rəqibinə qalib gəlməyib. "Qarabağ" isə son iki matçda üç qol vurub.
"Qartallar" səfər matçında xal itirsələr, 4-cü yerin yeni sahibi Masazırdakı görüşdən sonra müəyyənləşəcək. İlk oyun günündə səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzan "Səbail"in bu gün 4-cü pilləni əldən verəcəyi dəqiqdir. "Sumqayıt" səfər matçında hətta heç-heçə edəcəyi təqdirdə, 12 xalla 4-cü pilləyə yiyələnəcək. Əks halda, həmin pillə xallarını 13-ə çatdıracaq "Sabah"a qismət ola bilər. Hazırda 10 xalla 6-cı pillədə gedən paytaxt klubu "gənclik şəhəri" təmsilçisinən 1 xal və 1 pillə geri qalır.
İndiyədək iki komanda 5 oyun keçirib. "Sabah" 1, "Sumqayıt" 3 qələbə qazanıb, 1 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "gənclik şəhəri" təmsilçisi öndədir. "Sumqayıt" üç matçdır uduzmur. "Sabah"ın ev oyunlarında hər iki komanda qol vurur.
Azərbaycan Premyer Liqası, XI tur
10 noyabr (bazar)
16:30. "Sabah" – "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Bank Respublika Arena"
19:00. "Qarabağ" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"i 3:0, "Keşlə" "Neftçi"ni 2:1 hesabı ilə yenib. /publika.az

İdman       Tarix: 10 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi