Premyer Liqa: "Qəbələ" "Səbail"i, "Keşlə" "Neftçi"ni qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Səbail"i, "Keşlə" "Neftçi"ni qəbul edəcəkBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Görüşlərdən biri Bakıda, digəri isə Qəbələdə olacaq.
Turun ilk matçında autsayder "Qəbələ" "Səbail"i qəbul edəcək. Əyalət təmsilçisi 6 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Paytaxt komandası isə 11 xalla 5-ci yerdə gedir. Çempionatın ilk dövrəsindəki matç heç-heçə ilə yekunlaşıb - 1:1.
Komandalar Premyer Liqada 9 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 2-də isə paytaxt klubu qələbə qazana bilib. Topların fərqində də "Qəbələ" üstündür - 15:9. Rəqiblər arasındakı son iki oyunda hər iki kollektiv qol vurub. "Qəbələ" öz meydanında "Səbail"ə heç vaxt uduzmayıb.
Günün digər oyununda qonşu pillələrdə qərarlaşan "Neftçi" və "Keşlə" komandaları üz-üzə gələcək. Meydan sahihi flaqman 18 xalla ikinci, "Keşlə" isə 16 xalla üçüncü yerdədir. Birinci dövrədəki matçda qapılara qol vurulmayıb.
Komandalar Premyer Liqada 60 dəfə qarşılaşıblar. "Neftçi" 31, "Keşlə" isə 14 görüşdə meydanı 3 xalla tərk edib. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 90:58. "Keşlə" 5 matçdır ki, rəqibinə qol vura bilmir, əvəzində qonaqlar 7 səfər oyununu qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
XI tur
9 noyabr
15:00. "Qəbələ" – "Səbail"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
17:00. "Keşlə" – "Neftçi"
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"ASCO Arena"
Qeyd edək ki, XI tura noyabrın 10-da keçiriləcək "Qarabağ" - "Zirə" və "Sabah" - "Sumqayıt" matçları ilə yekun vurulacaq. /publika.az

İdman       Tarix: 09 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi