Premyer Liqa: "Sabah" "Qəbələ"ni məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, günün ikinci oyununda "Sabah" "Qəbələ"ni qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. 5-ci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə Aleksey Kaşuk bərabərlik qoluna imza atıb. 90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" 17 xalla beşinci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Qarabağ" səfərdə "Şamaxı"nı 4 cavabsız qolla üstələyib. XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı
Yamal dünya futbolu tarixinə düşdü