Premyer Liqa: XXX tura iki oyunla yekun vurulacaq
Misli Premyer Liqasında XXX tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" səfərdə "Kəpəz"in qonağı olacaq.
Tovuz şəhər stadionunda keçiriləcək və Kamal Umudlunun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq. "Araz-Naxçıvan" hazırda 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 27 xalı var.
Turun son matçı "Neftçi Arena"da baş tutacaq. "Neftçi" evdə "Zirə" ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi matçın start fiti saat 19:15-də səsləndiriləcək. "Zirə" turnir cədvəlində 55 xalla ikinci yerdədir. Altıncı olan "Neftçi"nin isə 35 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Qarabağ" "Səbail"i (4:1), "Turan Tovuz" "Sabah"ı (2:1), "Şamaxı" isə "Sumaqayıt"ı (2:1) məğlub edib.//"Report"
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?