Prezident açılışda iştirak etdi - FOTOLAR

Prezident açılışda iştirak etdi - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərişıq" ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
azxeber.com-un xəbərinə görə, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını qarşılamaq, etibarlılığı və dayanıqlılığı təmin etmək məqsədilə inşa olunub. Həmçinin yarımstansiya şəhərin elektrik təchizatının etibarlılığının və dayanıqlılığının təmin edilməsi məqsədilə perspektivdə yaranacaq yüklərin 220 kilovoltluq "Müşviq" və "Xırdalan" yarımstansiyaları arasında paylanması və ötürülməsi üçün nəzərdə tutulub. Yeni yaradılacaq 110 kilovoltluq dairəvi sxemin tərkib hissəsinə aid olan yarımstansiyanın əlaqələndirilməsi "Yasamal-1", inşa ediləcək "Təzə Bazar", "Zəfər" və mövcud "Dağlıq" yarımstansiyaları vasitəsilə həyata keçiriləcək. Yarımstansiyada müasir tipli eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika qurğuları quraşdırılıb.
Bu yarımstansiyanın mövcud və yeni qurulacaq 35 və 10 kilovoltluq şəbəkələrlə əlaqələndirilməsi digər 110 kilovoltluq yarımstansiyalar arasında yaradılacaq dairəvi sxemlərlə şəhərin mərkəzində artacaq yüklərin qarşılanmasını və idarə olunmasını, avtomatlaşdırılmış məsafədən dispetçer idarəetmə sistemi (SCADA) vasitəsilə yüklərin bir mənbədən digər mənbəyə köçürülməsi əməliyyatlarının operativliyini, eyni zamanda, elektrik təchizatının dayanıqlılığını təmin edəcək.
Dövlət başçısı "Azərişıq" ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzini işə salıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, rəqəmsal idarəetmənin tətbiqi və ya paylayıcı şəbəkələrin intellektual-rəqəmsal idarə olunması elektrik enerjisinin ötürülməsi və paylanması proseslərinə fasiləsiz nəzarətin həyata keçirilməsini, həmçinin müasir kompüter proqram sistemləri insan amili təsirinin aradan qaldırılmasını təmin edir. Digər tərəfdən, rəqəmsallaşma elektrik şəbəkələri üzrə müəyyənləşdirilmiş beynəlxalq tələblər çərçivəsində iqtisadi səmərəliliyin yaxşılaşdırılması istiqamətində mühüm təyinedici texnoloji vasitədir.
Qeyd olunub ki, "Azərişıq" ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi Regional Avtomatik İdarəetmə mərkəzləri, 3D-mobil xəritə sistemi, SCADA sistemi, enerji keyfiyyəti göstəricilərinin analiz olunması, ötürücü xətlərdə enerji kəsintiləri və itkilərin müəyyən edilməsi, məsafədən avtomatik sayğacoxuma sistemi, müasir Çağrı mərkəzi, avadanlıqların texniki pasportlaşma sistemi, abonentlərin FİN-kodlaşma sistemi, avtomobillərin (qəza əleyhinə texnika, səyyar sınaq-diaqnostika laboratoriyaları) GPS-mövqe sistemi, alternativ və bərpaolunan enerji mənbələri, paylayıcı şəbəkələrdə zonalar üzrə səmərəli hesabat sistemindən (SAİDİ/SAİFİ) məlumatlar alaraq dərhal analizini aparır, elektrik enerjisi təminatında yaranan fasilələri aradan qaldırmağa, abonent məmnunluğunu təmin etməyə geniş imkanlar yaradır.
Prezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLARPrezident açılışda iştirak etdi - FOTOLAR

Sosial       Tarix: 11 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun sosial yardim en son xeberler bu gun axsam.az xeberler