Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO

Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.
KONKRET.azxəbər verir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoyub.
Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOİkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.
Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu bildirən Əhməd Əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.
Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOQonaq vurğulayıb ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.
Əhməd Əs-Səfadi qeyd edib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb. O vurğulayıb ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Sonda Əhməd Əs-Səfadi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO

Siyasi     Baxılıb: 356   Tarix: 17 may 2023
f Paylaş

Oxşar xəbərlər

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Ermənistan-Rusiya münasibətləri yaxın gələcəkdə daha da pisləşmə riski altındadır. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti bəzi Qərb tərəfdaşlarına "Rusiya Dəmir Yolları"nın törəmə şirkəti "Cənub

"Bu konfrans Azərbaycanın dünyada etibarlı və əhəmiyyətli tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünyada etibarlı və əhəmiyyətli tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. 62-ci Münxen Təhlükəsizli

Putin Trampa hansı "Böyük sövdələşmə" təklif edib? - SENSASİON DETALLAR

Rusiya Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Tramp ilə sanksiyaların ləğvi müqabilində "ən böyük sövdələşmə"nin bağlanmasına dair plan hazırlayıb. xəbər verir ki, bu barədə The Economist yazıb. Müzakirələrd

ABŞ İrana nə vaxt və necə hücum edəcək? - SENSASİON DETALLAR

"ABŞ ordusunun İrana qarşı həftələrlə davam edə biləcək əməliyyata hazırlaşması ilə bağlı məlumatlar, ilk növbədə psixoloji və strateji təzyiq kontekstində oxunmalıdır. Vaşinqton üçün belə sızmalar təkcə hərbi hazırlığı

İlham Əliyev Elliot Brandtla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. xəbə

Azərbaycan lideri Qambiya Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Qambiya Respublikasının Prezidenti Adama Barrouya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Qambiya Respublikasının milli bayramı – Müstəqillik Gün

Üçtərəfli danışıqlar bitdi

Cenevrədə Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk gününün siyasi hissəsi başa çatıb. xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Danışıqlar dörd saatda

Keçmiş bakılı və sabiq KQB əməkdaşı Azərbaycan dərsliklərində nə tapdı? - SENSASİYA

Rusiyanın Dövlət Dumasının deputatı Andrey Luqovoy Mərkəzi Asiya ölkələrini və Azərbaycanı "rusofobiyada" ittiham edib. Onun sözlərinə görə, bu ölkələrdə nəşr olunan tarix dərsliklərində guya "rusofob narrativlər"

Altay Göyüşova hökm oxundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe hava proqnozu şou biznes xəbərləri azerbaycan son xeber bugun