Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOLAR

Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.
azxeber.com xəbər verir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoyub.
İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.
Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu bildirən Əhməd Əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.
Əhməd Əs-Səfadi qeyd edib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb. O vurğulayıb ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Sonda Əhməd Əs-Səfadi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
Prezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOLARPrezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOLARPrezident İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTOLAR

Siyasi       Tarix: 17 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xabarlar cəbhədən son görüntülər krimnal xeber