Prezident Namibiya səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

Prezident Namibiya səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.
KONKRET.az xəbər verir ki, səfir Klemens Xanduukeme Kaşuupulva etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı bildirib ki, Namibiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan Prezidenti qeyd edib ki, siyasi sahədəki əlaqələrimizə uyğun olaraq iqtisadi, ticari və digər sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi imkanlarına baxılmalıdır.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilmiş Zirvə Görüşündə Namibiyanın dövlət başçısının iştirakını məmnunluqla xatırlayıb. Həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycana Namibiyanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsinin Azərbaycanın təşəbbüsü olduğunu vurğulayıb. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının vacibliyini bildirib, bu cür yanaşmanın daha ədalətli olacağını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğulayıb. Gələn ay Azərbaycanın Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib.
Səfir Namibiya Prezidenti Haqe Qotfrid Qeynqobun salamlarını dövlət başçısına çatdırıb. Qeyd edib ki, Namibiya dövlətinin başçısı 2019-cu ildə Zirvə Görüşü zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayır.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Namibiyanın Prezidentinə çatdırmağı xahiş edib.
Etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməkdən məmnunluq duyduğunu deyən səfir ölkələrimiz arasında əməkdaşlığın, dostluğun və qarşılıqlı dəstəyin daha da inkişafı üçün bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.
Klemens Xanduukeme Kaşuupulva öz növbəsində iqtisadi-ticari əlaqələrin, mədən sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunulub, təhsil sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb, Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayırdığı təhsil təqaüdləri çərçivəsində Namibiyadan da tələbələrin Azərbaycanda təhsil aldığı qeyd edilib.
***
11:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Siyasi       Tarix: 07 fevral 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v


yeni xeberler azerbaycan xeberleri son xeberler bugünki xəbərlər son xabarlar enson xeberler son xeberler bugun 2026 azerbaycan