Prezident: "Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək
Prezident: "Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək"
"Şanlı Azərbaycan ordusu bundan sonra da düşməni Azərbaycan torpaqlarından qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.
Prezident bildirib ki, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir:
"Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz orada döyüşlər aparırdı. Təbii ki, bu, sirr deyil. Biz Füzulini hansı hərbi peşəkarlıqla, rəşadətlə işğaldan azad etdiyimiz heç kimə sirr deyil. Ondan əvvəl Cəbrayıl şəhəri, Hadrut işğaldan azad edildi.
Xocavənd, Cəbrayıl, o cümlədən, Füzulinin bir çox kəndləri işğaldan azad olundu. Məhz ondan sonra Füzuli şəhərini düşməndən azad etdik. Düşmən öz silahını yerə qoyub qaçmışdı. Mən tam əminliklə deyirəm ki, Azərbaycan ordusunun Füzuli əməliyyatı, eləcə də, digər əməliyyatları hərbi kitablara daxil ediləcək". /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."